Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu il oktyabrın 27-də saat 5:00-da respublika ərazisində əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv ediləcək.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il, 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?