Fazil Məmmədov Xaləddin İsgəndərova zamin durmandan çəkinib Hakimiyyət dairələrində yeni vəzifə bölgüsü çərçivəsində rayonlara təyinat alacaq icra başçıları ilə bağlı bəzi məmurların təminatı tələb olunurmuş. Bu barədə Demokratiya.info-ya etibarlı mənbələrdən məlumatlar daxil olub.
Həmin məlumatda deyilir ki, belə zəmanət istənilən icra başçılarından biri də Binəqədinin rəhbəri Xaləddin İsgəndərov olub. Vergilər naziri Fazil Məmmədovun ən yaxın adamlarından biri olan İsgəndərovla bağlı Prezident Admnistrasiyasında aparılan söhbətlər zamanı nazir adıçəkilən icra başçısı ilə bağlı zəmanət verməkdən imtina edib.
İddialara görə, Fazil Məmmədov təkcə Xaləddin İsgəndərovu deyil, həmçinin Şəmkirin icra başçısına da zəmanət verməkdən çəkinib. Məlumatlara görə, nazirin belə bir addım atması özünün ən yaxın adamlarına belə etibar etməməsi və gələcək dövrlərdə yaşana biləcək problemlərdən sığortalanmaq məqsədi güdüb.
Sorğu
Yeni dizaynımız necədir?