18 yaşlı məhkuma qadağan edilən əşyanı tanışı gətirib
Hadisə Həbsxanaya gətirilən sovqatdan qanunsuz əşya çıxıb. Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətdən ANS PRESS-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan 1995-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1; 185.2.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Kamil Tamerlan oğlu Vəlixanova tanışı, Bakı şəhər sakini Rəşid Xanlar oğlu Əliyevin gətirdiyi sovqata baxış keçirilib. Kolbasının içərisində gizlədilmiş 1 (bir) ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?