Şimal bölgəsində sürücülər etiraz aksiyası keçirməyə cəhd ediblər.Bölgədəki mənbəmizin verdiyi məlumata görə Şabran rayonu ilə Quba rayonu ərazisində Dövlət Yol Polisinin əməkdaşı həmin rayondan olan sürücülərə qənim kəsilib. Redaksiyamıza müraciət edən narazı sürücülər bildirirlər ki, DYP Elşən adlı əməkdaşının əlindən maşın sürə bilmirlər. Bildirilir ki, 764 nömrəli maşınla hər gün Şabran rayonunun Günəşli kəndində özünə məxsus post quran Elşən adlı DYPəməkdaşı bütün sürücüləri saxlayaraq heç bir qanun pozuntusu hamıdan rüşvət tələb edir və rüşvət verə bilməyən sürücülər böyük məbləğdə cərimələnir. Bilidilir ki, Elşən adlı DYP əməkdaşı Günəşli kəndi ərazisində gizli yerdə mülki maşında radar quraşdırır və beləcə "öz pulyığma" kompaniyasını aparır. Redaksiyamıza müraciət edən sürücülər bildirlər ki, bu qanunsuzluqa və Elşən adlı DYP işçisinin rüşvətxor əməllərinə etiraz olaraq Bakı-Quba yolunu kəsmək istəyirlər.Məsələ ilə əlaqədar adiyyatlı qurumlarla əlaqə saxlasaqda məsələyə münasibət bildirilmədi.Gündəm Xəbər.az saytının əldə etdiyi məlumata görə hazırda bir neçə sürücü etiraz əlaməti olaraq maşınlarla yolu kəsməyə cəhd edirlər.Redaksiyamızla əlaqə saxlayan sürücülər bildirilər ki, etiraz aksiyasını ona görə keşirmək istəyirlər ki, 764 nömrəli DYP maşını ilə gəzən Elşən adlı DYP işçisi həmin ərazidən uzaqlaşdırılsın və sürücülərdən pul yığma kompaniyasına son qoyulsun.Mövzu diqqətmizdədir Adı çəkilən EAlşən adlı DYP işçisinin rüşvət alan video görüntülərini redaksiyamıza göndərilib. Həmin görüntülər hazırlanaraq sizlərin diqqətinə çatdırılacaq.
Sorğu
Yeni dizaynımız necədir?