Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan prezidenti Bakı şəhərində qəzet köhşklərinin yenilənməsi barədə göstəriş vermişdi. Bu göstərişdən sonra illərdir Bakıda qəzet və jurnal satışı ilə məşğul olan Qasid ASC-in köhnə köşkləri şəhərdən yığışdırılddı, onlar yeni, modern press-köşklərlə əvəzlənməyə başlandı. Neçə illərdir qəzet satışı ilə məşğul olan peşəkar satıcılar isə işlərindən kənarlaşırlıdılar. Həmin ərəfədə yeni köşkləin yerləşdirilməsinə münasibət bildirən Qasid ASC-nin sədri, millət vəkili Mirkazəm Kazımov qeyd etdi ki, bu işi onunu rəhbəri olduğu qurum da edə bilərdi. Bu yaxınlarda dövlət başsına “Jurnalistlərin dostu” mükafatı verilərkən İlham Əliyev özü də bildirdi ki, yeni qoyulan press-köşklər marketi xatırladır, qəzetdən çox ərzaq və qeyri-ərzaq malları satmaqla bazara oxşayır. Maraqlıdır ki, bunun üstündən bir neçə gün keçməsinə baxmayaraq, prezidentin iradı qulaq ardına vurulmaqdadır. Həmin köşklərin gerçək sahibləri demək olar ki, bu irada heç bir reasiya verməyib, həmin köşklər hələ də elə marketi xatırladır. Bütün bunlar bir yana, “Gündəm xəbər” olaraq müstəqil araşdırmamız nəticəsində öyrəndik ki, yeni köşklər nəinki qəzet, jurnal satmır, üstəlik işlətdiyi elektrik enerjisinə görə, bir qəpik də olsun pul ödəmir. Hansı ki, həm Qasid, həm Azərmətbuatyayımı, həm də “Qaya” şikrkətinin köşklərində elektrik sayğacları quraşdırılı və onlar aybaya işıq pulu ödəyirlər.
Bundan başqa, müvfiq qaydalara əsasən, qəzet və digər mətbu nümunələrin satışı ilə məşğul olan bu və ya digər obyekt əgər satdığı məhsulların 50 faizini məhz mətbu nümunələr, yerdə qalanını isə qeyri-məhsullar təşkil edərsə, ondan həmin fiziki və ya hüququi şəxs əlavə dəyər vergisindən azad edilir. Amma araşdırmağa da ehtiyac yoxdur ki, həmin press-köşklər nəinki bu qaydalra əməl edir, əksinə orada satılan məhsuülların az qala 80 faizini qeyri-mətbu nümünələr təşkil edir. Bu da müvaiq qanunlara kəskin şəkildə ziddir.
Vergilər haqqında qanuna görə isə, bu və ya digər ticarət obyektində aylıq gəlir 20 min manatdan yuxarıdırsa, həmin halda o obyekt vergi ödəyicisi kimi büdcəyə 18 faiz vergi ödəməlidir. Araşdırmalarmız nəticəsində bəlli oldu ki, yeni köşklərdə aylıq dövriyyə yerləşdiyi məkandan asılı olaraq minimum 25-30 min manat arasındadır. O da məlum oldu ki, həmin press-köşklər ümumiyyətlə vergi ödəmirlər. Araşdırma nəticəsində onu da öyrəndik ki, proses başlayandan Bakı şəhərində Qasitd ASC-ə məxsus 200 köşk yığışdırılıb. Onların yerinə isə yeni press-köşklər qoyulub. Həmin köşklərin satıcıları ilə söhbətdən məlum oldu ki, onlar köşkləri təhvil götürərkən Bakı şəhər Ticarət və xidmət Departamentinin direktoru Ramiz Hacıyevə 15-20 min manat pul verməli olub. Əldə etdiymiz digər məlumata görə isə, həmin köşklər Hacıyevə hər ay ayrıca olaraq 2 min mant da icarə haqqı ödəyirlər ki, bunun da heç bir uçotu aparlımır. Və nə dəhşətldisi odur ki, həmin köşklərin heç birində kassa aparatı yoxdur. Əgər Bakı şəhərində 200 yeni kökün qoyulduğunu,, onların da artıq bir ilə yaxındır fəaliyyət göstərdiyini nəzərə alsaq, belə çıxır ki, təkcə icarə haqqından 400 min manat pul naməlum ciblərə axıb. Hələ həmin köşklərin təhvil alınmasına görə, ödənilən minimum 15 min manatı da nəzərə alsaq, bu, 3 milyon manat vəsaitin şəxsi ciblərə getməsini sübut edir. Meriyanın bu hərəkəti təbii ki, aşkar qanunsuzluq, xüsusi mülkiyyətə qəsddir. Departamentin əməkdaşları bu addımlarını yuxarıların göstərişi ilə həyata keçirdiklərini deyirlər. Ancaq yuxarıdan belə bir göstəriş yoxdur - yalnız köşkləri yeniləşdirmək tapşırılıb. Yəni əslində meriya vahid dizaynlı köşkləri hazırlayıb yayım firmalarına satmalıydı. Bu köşklər elə də baha başa gəlmədiyindən onları almaq yayım firmalarına problem yaratmayacaqdı. Ancaq meriya “köşkləri yeniləşdirmək” tapşırığını “köşkləri özəlləşdirməklə” icra edir. Onu da qeyd edək ki, Ticarət və Xidmət Departamentinin direktoru Ramiz Hacıyev Bakı meri Hacıbala Abutalıbovun bacısı oğludur. Mer sözügedən tapşırıqdan bacısı oğluna əlavə gəlir mənbəyi yaratmaq üçün istifadə edib. Əslində Bakı Şəhər İcra Hakimiyyətinin strukturlarından birinə merin yaxın qohumunun başçılıq etməsinin özü qanunsuzluqdur. Çünki Əmək Məcəlləsinə görə, qan qohumlarının tabeçiliyinə işləmək birmənalı olaraq yasaq edilir. Ancaq bu, tamamilə başqa bir söhbətin mövzusu olduğundan üzərində dayanmırıq. Mənbə bildirir ki, Abutalıbov belə hesab edir ki, bu addım azad mətbuatın durumunu bir az da ağırlaşdırdığından (Azərbaycanda qəzetlərin gəlirləri əsasən qəzet satışı hesabına formalaşır, reklam gəlirləri yox dərəcəsindədir), yuxarı instansiyalar, xüsusilə də mətbuatla bağlı məsələləri kurasiya edən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bunu eşitsə ona yalnız “çox sağ ol” deyəcək. Amma prezidentin məlum iradından sonra Hacıbala Abutalıbovun hörmətli Əli Həsənovun adına işarə vurması özünü və bacısı oğlunu sığortalamaq cəhdidir. Amma araşdırmalarımız nəticəsində aydın oldu ki, həmin köşklər barədə Əli Həsənov heç bir göstəiş verməyib, bu məsələnin ümumiyyətlə ona və adı köşklərlə hallanana “Kaspi” şirkətinə aidiyyatı yoxdur.
Əslində bu addamlar, eləcə də metropolitendə fəaliyyət göstərən “Metroservis”in qapanması Bakı şəhəri icra hakimiyətinin özbaşınalığıdır. Bunun ağrısını isə təkcə qəzetlər çəkmir. Hakimiyyətin beynəlxcalq nüfuzuna da ağır zərbəni vuran elə merin və bacısıoğlu kimilərinin anti-dövlətçilik əməlləridir. Vaxtılı vxtında qəzetlərlə hesablşan, dövləti vergisini ödəyən “Metroservisin bağlanması əslində məmur özbaşınalığının nəticəsidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?