Bakıda doğum evlərindən birində yeni doğulan körpə oğlan uşağı ölüb. ANS PRESS-in məlumatına görə, hadisə 7 saylı doğum evində baş verib. Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, bu dəqiqədə Bakı şəhəri 7 saylı doğum evində həkimlər körpəsi ölən Naxçıvan sakini, 1982-ci il təvəllüdlü Xəyalə Abdulla qızı Əsgərovanın həyatı uğrunda mübarizə aparır. Hazırda Xəyalə reanmasiyaya yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ümidvericidir. Hadisə yerinə 25-ci polis bölməsinin əməkdaşları da gəliblər. Məlumata görə, bu X.Əsgərovanın ilk övladı olub və doğuş normal yolla həyata keçirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?