Bakının Naxçıvani küçəsində ağaclar kəsilir. Yaxın evlərin sakinləri üçün heç bir təhlükə kəsb etməyən və 40-dan çox yaşı olan ağaclar məhv edilir.
Sakinlərin “yaşıl soyqırımı” dayandırmaq səyləri heç bir nəticə verməyib. Ağacları kəsənlər bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazə alıblar. Amma onlar bunu təsdiq edən heç bir sənəd göstərməyiblər. Ağacların kəsilməsi belə əsaslandırılıb ki, həmin ərazidə yerin altı ilə qaz kəməri keçir. Lakin sakinlər iddia edirlər ki, ağacların köklərinin qaz kəməri üçün heç bir təhlükəsi yoxdur. (“Minval.az”)
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?