Hazırda tutulanların dindirilməsi prosesi gedir və onların hansısa cinayət işlərində əllərinin olub-olmaması araşdırılır
Kriminal Moskvanın hüquq mühafizə orqanlarının əməkdaşları qanuni oğruların “toplantısında” 50 nəfəri saxlayıb. Bu informasiyanı Rusiya Federasiyasının daxili işlər nazirliyinin Cinayət axtarışı idarəsinin mətbuat xidməti yayıb. Qanuni oğruların Moskva şəhərinin şimal-qərb bölgəsində yerləşən restoranların birində baş tutacaq “görüşləri” barədə nazirlikdə dəqiq məlumat olub. “Toplantıda” 42 yaşlı, “Kostya şram” ləqəbli qanuni oğru Konstantin Vasilyev və Vladimir vilayətinin kriminal aləminin nümayəndələri də iştirak edib. Hazırda tutulanların dindirilməsi prosesi gedir və onların hansısa cinayət işlərində əllərinin olub-olmaması araşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?