İmişlidə pambıqçı fermerlər tarlaların herbisidlərlə işlənməsindən sonra məhsul yığımına yollanıblar. Həmin herbisidlər isə öz toksikliyinə görə hərbi zəhərləyici maddələr sinfinə aiddir. Beləliklə də, ciddi zəhərlənmə baş verib.
Adının çəkilməsini istəməyən mütəxəssis toksikoloqun dediyinə görə, İmişlidə, Saatlıda və Tərtərdə ziyanvericilərlə mübarizə məqsədilə istifadə edilmiş herbisid olan fitotoksikant "Agent Orange" adlı hərbi vasitəyə bənzərdir ki, sonuncudan Cənub-Şərqi Asiyadakı müharibə zamanı Vyetnam partizanlarına qarşı istifadə olunub.
Olduqca toksik olan bu herbisid orqanizmdə tənəffüs yolları, selikli qişalar və dəri vasitəsilə toplanır. Nəticələri çox təhlükəli ola bilər - qaraciyərin toksik zədələnməsindən tutmuş, gen mutasiyalarına qədər. Bu heürbisidlərdən istifadə edilmiş tarlada yalnız 5 gündən sonra işləmək olar. İmişlidə isə kimyəvi maddələrlə tarlaların işlənməsinin ertəsi günü insanları pambıq tarlasına yollayıblar. Bu, həmin maddələrin istifadəsi zamanı təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasıdır.
Ekspert onu da qeyd edib ki, kənd təsərrüfatında fosfor-üzvi pestisidlərdən də istifadə edilir və bunlar da çox toksik olmaqla, sinir-iflic təsirli hərbi vasitələr sinfinə aid edilirlər və zarin, zaman kimi təsirə malikdirlər.
Xatırladaq ki, İmişlinin tibb müəssisələrinə pambıq tarlalarında işləyən 52 fermer müraciət edib. Daha öncə Saatlıda 21 fermer, Tərtərdə isə 14 pambıqçı zəhərlənmişdi./virtualaz.org
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?