GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Ölkə » Bölgə » Rus sülhməramlıları neytral deyil – Kozlariç danışdı

Rus sülhməramlıları neytral deyil – Kozlariç danışdı

Tarix: 22-02-2021, 13:27 Bölmə :Bölgə Baxış: 39
Rus sülhməramlıları neytral deyil – Kozlariç danışdı


Bir müddət öncə ABŞ-ın ölkəmizdəki sabiq səfiri Riçard Kozlariç, ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Kerri Kavano, Dövlət katibi və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş xüsusi müşaviri Pol Qobl və Avrasiya təhlükəsizlik analitiki Metyu Steynin iştirakı ilə “Cənubi Qafqazda geopolitika və böyük güc rəqabəti” adlı panel keçirilib. Həmin paneldə 1994-1997-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri, region üzrə mütəxəssis Riçard Kozlariçin Qarabağdakı mövcud vəziyyətlə bağlı səsləndirdiyi fikirlər isə rezonansa səbəb oldu.

Bu panel müzakirəsindəki çıxışı ilə bağlı keçmiş səfir Riçard Kozlariç Axar.az-ın suallarının bəzilərini cavablandırıb:

– 10 noyabr Bəyanatına əsasən, Rusiya sülhməramlıları beynəlxalq səviyyədə tanınan və Vətən müharibəsi zamanı bərpa edilən Azərbaycan ərazisində yerləşdirilib. Siz rus sülhməramlılarının fəaliyyətini necə qiymətləndirirsiniz?

– Bunu demək çətindir, çünki onların fəaliyyətləri barədə çox az məlumat var. Sülhməramlı qüvvələrin sayı 10 Noyabr atəşkəs razılaşması çərçivəsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün çox azdır. Bununla yanaşı, görünən odur ki, onlar uğurlu sülhməramlı əməliyyatın vacib bir atributu olan neytrallığı qorumaq keyfiyyətinə sahib deyillər.

– Atəşkəsdən sonra yaranan vəziyyətin hazırda Qarabağın bir hissəsini Azərbaycanın nəzarətindən kənarda saxladığını haqlı olaraq qeyd etmişdiniz. Bu nəzarətin təmini üçün beynəlxalq birlik və həmsədrlər hansı təşəbbüs göstərə bilər və təklifiniz nədir?

– Həm Ermənistan, həm də Azərbaycanın Qarabağın qalan hissəsinin statusunu həll etmək də daxil olmaqla, bir sülh prosesinə başlamağa qərar verənə qədər beynəlxalq birliyin oynayacağı hər hansı bir rolun olduğundan əmin deyiləm. Aydındır ki, Rusiya razılaşmalı idi, amma son sülh danışıqları aparılana qədər beynəlxalq protektorat təşkil oluna bilər.

– Hazırda sülh təmin edilib və Rus-Türk Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra bircə dəfə də olsun, hər hansı terror hücumu baş verməyib. Bu halda siz "yalnız Türkiyə və Rusiya ilə sülhü təmin etmək mümkün olmayacaq" sözlərinizi necə izah edərdiniz?

– Atəşkəsin aspektlərini həyata keçirməklə bağlı bütün məsuliyyəti yerinə yetirmək üçün ATƏT kimi daha neytral bir çətirə ehtiyacınız var. Türkiyə ilə Rusiyanın daha geniş bir aspektdə bu prosesdə iştirak edə biləcəyi aydındır, lakin münaqişənin tərəfləri bu və ya digər tərəfə tamamilə etibar etmir.

– Azərbaycan ərazisində, sizcə, başqa ölkə və ya qurumların sülhməramlılarının yerləşdirilməsinə nə qədər zərurət var və bunun mexanizmi necədir?

– Yalnız Rusiya sülhməramlıları 10 Noyabr tarixli bəyanat çərçivəsində bütün barışıq öhdəliklərini yerinə yetirmək üçün çox kiçikdir. ATƏT-in münaqişəyə cəlb olunmasının əvvəlindən bəri çoxtərəfli bir sülhməramlı qüvvənin olması - regional güclərin qoşunları olmadan - Minsk Qrupunun dəstəklədiyi fikir idi. Beynəlxalq ictimaiyyət daha böyük bir beynəlxalq qüvvə ilə bu seçimə qayıtmalıdır.

– Ermənistanla Azərbaycan arasında sərhədlərin beynəlxalq ictimaiyyət tərəfindən tanınmalı olduğu barədə fikirləriniz olduqca diqqətçəkicidir. Məgər, Ermənistan və Azərbaycanın sərhədləri BMT tərəfindən tanınmırmı? Hazırda sərhədlərin delimitasiyası gedir və sovet dövründəki xəritələr üzrə sərhədlər müəyyənləşir. Siz hətta Qarabağda “Deyton prinsipi”nin tətbiqini təklif edirsiniz. Bunlar haqda ətraflı danışmanızı xahiş edirik.

– Bosniya və Herseqovinanın Brko bölgəsinin statusu az qala Deyton müqaviləsini pozurdu. Məsələnin həlli yolu bölgəni beynəlxalq nəzarətçinin tabeçiliyinə vermək və tərəflərə Brkonun son vəziyyəti ilə bağlı danışıqlar aparmaq üçün bir il vaxt vermək idi. Əlavə olaraq, tərəflər öz aralarında danışıqlar aparıb nəticə əldə edə bilməyəcəkləri təqdirdə beynəlxalq ictimaiyyət tərəfindən hərəkətə keçməsi nəzərdə tutulan Brko arbitraj paneli təyin edildi. Gözlənilən də baş verdi - beynəlxalq arbitr statusa qərar verdi.

– 10 noyabr Bəyanatına əsasən, qaçqınların geri qaytarılması prosesi BMT-nin nəzarətində aparılmalı idi və siz də bunu panel müzakirəsində doğru olaraq vurğulamısınız. Hazırda rus sülhməramlıları ermənilərin Qarabağa qaytarılmasını təşkil edir və doğrusu, prosesin 10 noyabr Bəyanatında qeyd edildiyi kimi, BMT-nin missiyasının nəzarətindən kənarda olması narahatverici olmaqla yanaşı, bəyanatın maddəsinin pozulmasıdır. Sizcə, BMT niyə prosesdən kənarda qalır? BMT-nin bu prosesə cəlbi üçün nə lazımdır?

– Balkanlarda daşınmaz əmlak tələbi olan hər bir qaçqın və məcburi köçkünün geri qayıtmaq hüququ yenidən təmin edildi. Sadəcə bir qrup qaçqın və məcburi köçkünün qayıtmasını təşkil etmək bu vəziyyətdə düzgün olmamaqla bərabər, Rusiya sülhməramlılarını BMT-nin özünün idarə etməli olduğu bir prosesin ortasına qoyur.

– Siz Türkiyə və Rusiyanın sülhün yaranması üçün kifayət etməyəcəyini, bura NATO qüvvələrinin də cəlbini təklif edirsiniz. Əslində, Qarabağda beynəlxalq sülhməramlıların yerləşdirilməsi hər zaman müzakirə mövzusu olub. Ancaq hazırda reallıq bizim istəyib-istəməyimizdən asılı olmadı. Buna baxmayaraq, Türkiyə faktiki olaraq elə NATO deməkdir, çünki NATO üzvüdür və hazırda NATO-nun ikinci ən güclü ordusuna sahibdir. NATO Qarabağda sülh prosesinə Türkiyə vasitəsilə dəstək verə, həm prosesin daha şəffaf getməsini təmin edə, həm də qüvvələr nisbətini balanslaşdıra bilər. Bu barədə Türkiyəyə hansı təklif olub? Siz bu prosesin reallaşmasını necə görürsünüz?

– Deyton modelinə (NATO qüvvələrinin əsas olduğu) toxunaraq, Qarabağ məsələsində də oxşar çoxmillətli bir qüvvənin olmasını təklif etdim. Bu proses ATƏT-in və ya BMT-nin səlahiyyətlərinin nəzarəti altında ola bilər, ancaq sülh təminatçıları Rusiya sülhməramlıları və Türkiyə qüvvələrindən daha geniş olmalıdır. Bu nöqtədə NATO-nun Qafqazda heç bir rolu yoxdur. Yuxarıda qeyd etdiyim kimi, ATƏT çətirinin ön planda olmasını istərdim.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Riçard Kazlariç AXCP sədrinin həbsinə münasibət bildirib

    Riçard Kazlariç AXCP sədrinin həbsinə münasibət ...

    19-11-2018, 11:13

  • 
  • ABŞ-ın Minsk qrupunda yeni həmsədri məlum olub  Böyüt

    ABŞ-ın Minsk qrupunda yeni həmsədri məlum olub ...

    24-08-2017, 10:48

  • 
  • Yerevandakı ABŞ səfiri: Hamı iyun görüşündən münaqişənin həllini gözləyir

    Yerevandakı ABŞ səfiri: Hamı iyun görüşündən ...

    18-05-2016, 19:19

  • 
  • ABŞ Azərbaycana yeni səfir göndərir

    ABŞ Azərbaycana yeni səfir göndərir ...

    10-07-2014, 01:24

  • 
  • ABŞ səfiri seçkilərdən danışdı

    ABŞ səfiri seçkilərdən danışdı ...

    5-09-2013, 13:36

  • 
  • Keçmiş ABŞ səfirindən İsa Qəmbərə dəstək

    Keçmiş ABŞ səfirindən İsa Qəmbərə dəstək ...

    17-01-2013, 11:32



Bu sayımız

Təqvim

«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728

Arxiv xəbərlər

Fevral 2021 (568)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu