Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 28-ci ildönümü ilə bağlı Sizləri təbrik edirik.
AXC-dünyanın imperialist güclərinə qarşı Azərbaycan xalqının gücün toparlayaraq onun iradəsinin yenilməzliyini bir daha təsdiqlədi.
AXC- vətənimizin rus imperiyasının əsarətinə son qoyulması, xalqımızın yenidən istiqlala qovuşması, dövlətçiliyimizin bərpa edilməsi, banisi Məmməd Əmin Rəsulzadənin olduğu Azərbaycan Xalq Cümhuriyyətinin dəyərlərinin ölkəmizdə bərqərar olunması uğrunda Azərbaycan xalqının uzun illər apardığı şanlı mübarizənin uğurla nəticələnməsinə şərəflə rəhbərlik edib.
AXC-Azərbaycan xalqının məhv edilmiş dövlətçiliyini çağdaş dəyərlərə uyğun yenidən yaradılması üçün Azərbaycan gəncinin qəlbindəki üçrəngli bayrağı yüksəkliyə qaldıraraq xalqımızın “Bir kərə yüksələn bayrağ bir daha enməz” fəlsəfəsini bir daha təsdiqlədi.
AXC- Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin rəhbərliyi altında Azərbaycanda 1992-ci ildə ilk dəfə demokratik seçkilərin keçirilməsinə, ölkədə demokratik institutların, Milli Ordunun, milli valyutanın yaradılmasına, sosial, siyasi, iqtisadi islahatların həyata keçirilməsinə, Ali və orta ixtisas məktəblərinə qəbulda test sisteminin tətbiq edilməsi, Azərbaycanın Qərbə inteqrasiya yolunu tutaraq dünyanın demokratik ölkələri ailəsinə qovuşması üçün böyük və şərəfli bir yol keçdi.
AXC-XX əsrin əvvəllərində Azərbaycan xalqına əldə etdiyi azadlığın və istiqlalın yenidən və əbədi olaraq bərpa edilməsində misilsiz rol oynadı.
AXC və onun prinsiplərinə sadiq olan varisləri bu gün də ölkəmizin əsas istiqlalçı siyasi qüvvələrinin ideya mənbəyi olaraq vətənimizin bütövləşməsi, demokratik cəmiyyətin qurulması, avtoritarizmə, monarxiyaya, korrupsiyaya, saxtakarlığa, qanunsuzluğa qarşı mücadiləsini şərəflə davam etdirir. Biz inanırıq ki, bütöv, demokratik, müstəqil, qüdrətli Azərbyacan dövlətçiliyinin qurulmasını əsas məqsədi elan etmiş AXC ideyaları qalıb gələcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?