İyulun 22-də ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları açıqlanıb.
Test tapşırıqlarının düzgün cavabları Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib.
DİM tərəfindən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Abituriyentlər Apelyasiya Komissiyasına 23-25 iyul 2017-ci il tarixlərində saat 10 dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apelyasiya Komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?