2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul qaydalarında ciddi dəyişiklik edilməyəcək.
gundemxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
DİM sədri bildirib ki, bu qaydalar demək olar 2017-2018-ci tədris ilinin qəbul qaydaları ilə eyni olacaq: "Biz qəbul qaydaları ilə bağlı hazırladığımız layihədə qeyd etmişik ki, iki dəfə imtahan verən şəxslər müxtəlif ixtisas qruplarını seçə bilərlər. Təhsil və Ədliyyə nazirlikləri bu məsələ ilə bağlı razılığını bildirib. Lakin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiqlənməlidir. Ümid edirəm yanvar ayında Nazirlər Kabineti bu məsələyə baxacaq və qaydalar təsdiqlənəcək"./ölkə.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?