Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2016-cı ilin noyabrında Qaradağ rayonu ərazisində baş verib. Belə ki, Abıyev Rasim Şöhrət oğlunun idarə etdiyi "Mersedes Benc C180" markalı avtomobillə hərəkətdə olarkən Elçin Məmmədovun idarə etdiyi "Nissan Sunny" markalı avtomobillə toqquşub. Nəticədə "Nissan Sunny" markalı avtomobildə olan sərnişinlər - Birləşmiş Ərəb Əmirliyi vətəndaşları - Suhail Saeed Rashed Saeed Almeqbal və Lamees Ziad Mahmoud Jbarah aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı cinayət işi başlanıb və hadisədə təqsirli bilinən E. Məmmədov həbs edilib.
E. Məmmədovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi məlum olub./ölkə.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?