11 aprel 2018-ci il tarixdə ölkəmizdə növbədənkənar Prezident seskisi keçirilməsinin elan olunması, müxalif siyasi qütbün yenidən fəallaşmasına və növbəti etiraz aksiyaları keçirilmələrinə səbəb oldu.
Bu məqsədlə 10 mart 2018-ci ildə Milli Şuranın, AXCP-nin və Müsavat Partiyasının təkilatçılığı ilə Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda izdihamlı mininq keçirildi. Mitinqdə təqribən 10 min nəfərdən çox insanın iştirak etdiyi, eyni zamanda bir çox şüarların səsləndiyi də bildirilir. Onu da qeyd edək ki, mitinq keçirilməzdən öncə onun təşkilatçıları həm 10 mart, həm də 17 mart günlərində ümumxalq etiraz mitinqi keçirmək məqsədilə Bakı şəhər İcra Hakimiyyəti Aparatına müraciət edirlər. Edilmiş müraciətdən sonra adı çəkilən qurumun ictimai-siyasi və humanitar şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə təsdiq olunmuş cavab məktubunda hər iki günlə bağlı razılıq verildiyi bildirilir. Ümumxalq etiraz mitinqinin təşkilatçılarından olan AXCP Gənclər təşkilatının sədri İlham Hüseyn mediaya açıqlamasında bildirir ki, “10 mart günü izdihamlı mitinq keçirildiyindən 17-si günü mitinq keçirilməyəcək. Əldə etdiyimiz son məlumatlara görə, növbəti ümumxalq etiraz mitinqinin 31 mart günü keçirilməsi ilə bağlı növbəti dəfə Bakı şəhər İcra Hakimiyyəti Aparatına müraciət olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?