OBA" marketdən “Azad İstehlakçılar" İctimai Birliyinə şikayət daxil olub.
GundemXeber.buz Metbuat.az-a istinadla xəbər verir ki, qurum sədri Eyyub Hüseynov şikayət barədə Feysbuk profilində bildirib: "17.07.2018 tarixində Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi döngə 11 ünvanında yerləşən “OBA” marketindən bir neçə ərzaq malı o çümlədən 3.59 AZN ödəyərək Rusiyanın Omsk vilayətində istehsal olunmuş 600 qramlıq Qauda markalı pendir və qiyməti 5.59 AZN olan “Uzun ömür süd məhsulları” MMC-nin istehsalı olan 0.5 kq olan “Nur” markalı nehrə yağı aldım. Evə gətirib soyuducuya yerləşdirdim. İstehlak üçün 3 gün sonra istifadə etdikdə həmişə istifadə etdiyim Qauda pendirlərindən fərqli olaraq aldığım pendirdə ciddi acılıq və sanki bükülmə materialından keçmiş xoşagəlməz ətirlik dadını hiss etdim. Diqqətlə baxdıqda pendirin üzərində Azərbaycan dilində məlumat olmadığını, saxlanma müddətinin rus dilində 180 gün yazıldığı olsada buraxılma tarixinin yapışqanlı kağızla yazılıb yapışdırıldığını gördüm. Güman edirəm ki, buraxılma tarixi sonradan yapışdırlmışdır. 0.5 kq-lıq nehrə yağı isə yoxladıqda dəmir dadı verdiyini, nehrə yağına bənzəmədiyini, qabın üzərində 90 gün yararlıq tarixi göstərilsə də yağın keyfiyyətsiz olduğunu gördüm. Malları soyuducuda saxladım. 23.07.2018-ci il tarixində qeyd olunan malları dükana apardım satıcıdan malların yoxlanmasını və geri qaytarılmasını xahiş etdim. Qeyd edirəm ki, mallara dadına baxmaq üçün cuzi toxunulmuşdu. Satıcı mala baxmadan “toxunubsan" deyib pulumu qaytarmaqdan imtina etdi. Mən onu başa salmaq istədim ki, malı açmasaydım onun keyfiyyətsiz olduğunu necə bilərdim? Lakin satıcı buna əhəmiyyət vermədi".
Şikayətlə bağlı “OBA” marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev açıqlamasında deyib ki, Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlə bağlı dərhal aidiyyatı şöbələrə məlumat verilərək araşdırılma aparılıb:
"Müştəri ilə əlaqə saxlanıldı və məhsulun geri qaytarılması üçün mağazaya dəvət olundu. Xanımın qeyd etdiyi kimi məhsulun keyfiyyətində hər-hansı bir dəyişiklik olub-olmadığını yoxlamaq üçün məhsuldan nümunə götürüləcək və labaratoriyaya göndəriləcək. «Жинкина крынка» məhsulu Rusiyanın «Ястро» şirkətinin məhsuludur və ölkəmizə OBA marketlər şəbəkəsi tərəfindən idxal olunur. Qeyd edək ki, bu məhsul dünyanın ən böyük marketlər şəbəkəsində də satışdadır. Məhsulun müvafiq uyğunluq sertifikatları var və biz məhsulun saxlanma şəraitinə tam olaraq riayyət edirik. Qauda pendirin növlərindən biridir və bərk olur. Yəqin ki, müştəri pendirin bu növü barədə məlumatsızdır.
Qeyd edək ki, məhsulun istehsal tarixi və yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd olunub və məhsul 180 gün saxlanıla bilər"
Müştərinin nehrə yağı barədə şikayəti də istehsalçı şirkətə bildirilib.
E.Babayev bildirib ki, bu yağar “Uzun Ömür İvanovka” MMC-nin məhsuludur. Bu məhsulun da müvafiq uyğunluq sertifikatları vardır. Müştəri məmnunluğu bizim üçün önəmlidir. Biz məhsullarımızın keyfiyyətinə xüsusi həssaslıqla yanaşırıq. İstehsalçdan gələn məhsullar öncə labarator yoxlanışlardan keçir. Keyfiyyətə Nəzarət Departamenti yalnız keyfiyyətli məhsulların satışa çıxarılmasına icazə verir. Müştərilərimiz mağazalarımızda hər hansı bir xoşagəlməz halla rastlaşarsa, qaynar xəttlərimizə (012924) zəng edə bilərlər. Bundan başqa OBA marketlər şəbəkəsinin bütün filiallarında aidiyyatı üzrə rəhbər şəxslərin nömrələri kassalarda qeyd olunub. Şikayət və təkliflərinizi həmin nömrələrə də zəng edərək bildirə bilərsiniz.
Sorğu
Yeni dizaynımız necədir?