GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Ölkə » Cəmiyyət » Jurnalist Rasim Əliyevin xatirəsi anılıb

Jurnalist Rasim Əliyevin xatirəsi anılıb

Tarix: 9-08-2018, 19:42 Bölmə :Cəmiyyət Baxış: 130
Jurnalist Rasim Əliyevin xatirəsi anılıb


Onun ölümündən 3 il keçir

Avqustun 9-da bir qrup jurnalist və vətəndaş cəmiyyəti nümayəndələri 3 il əvvəl ağır xəsarətlər nəticəsində vəfat etmiş jurnalist Rasim Əliyevin qəbrini onun ailə üzvləri ilə birgə ziyarət edib.

2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən jurnalist, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Rasim Əliyev müalicə aldığı xəstəxanada avqustun 9-da vəfat edib. O, “Facebook” səhifəsində “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynov haqda tənqidi fikir yazdıqdan sonra futbolçunun qohumları tərəfindən təhdid edilib və döyülüb.

Jurnalistin ölüm işi üzrə 6 nəfərin adı keçib. Onlardan 5 nəfəri Əliyevin döyülməsində günahkar bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib.

C.Hüseynovun işi ayrıca icraata götürülərək Səbael Rayon Məhkəməsində baxılıb. 2015-ci il mayın 31-də Səbael Rayon Məhkəməsi C.Hüseynovu Cinayət Məcəlləsinin 307.1. (hazırlanmaqda olan cinayət barədə məlumat verməmək) və 307.2. (cinayətin gizlədilməsi) maddələri ilə ittiham edərək 4 il azadlıqdan məhrum edib.

2016-cı il oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi Cavid Hüseynovu həbsdən azadlığa buraxıb.

Bu gün jurnalistin qəbri başında keçirilən anım mərasimində çıxışların əsas hədəfi hökumətin mediaya və jurnalistlərə qarşı təhdidləri olub.

“Rasim Əliyevi 3 il öncə itirmişik. Bu itkilər indi də davam edir. Bu günlərdə Mehman və Emin Hüseynovların anası rəhmətə getdi. Bu itkilər mübarizə itkisidir. Bunlar sadə insanlar deyil. Vətən, dövlət, cəmiyyət, ölkə uğrunda şəhid olmuş insanlardır. Bu insanları öldürənlər Azərbaycan xalqının düşmənləridir. Bu gün də bu davam edir. Biz görürük, hansı yırtıcı sistem cəmiyyətin üzərinə gəlir və mübariz insanlara qarşı güc tətbiq edir. Amma mübarizlər əzilmir. Mehman Hüseynov da anasının qəbri başında dedi ki, mübarizə yolunu davam etdirəcək. O, anasını demokratiya şəhidi kimi qəbul edir”, Turan Agentliyinin direktoru Mehman Əliyev qeyd edib.

Hüquq müdafiəçiləri Rasim Əliyevin ölümünə ədalətli hüquqi qiymət verilmədiyini bildirib.

“Jurnalistin ölümü ilə bağlı müəmmalar qalmadadır. Bu müəmmalar nə vaxtsa açılacaq. Ölkədə azad cəmiyyət qurulduqdan sonra azad məhkəmə Rasimin ölümü ilə bağlı ədalətli hüquqi qiymət verəcək”, hüquq müdafiəçisi Samir Kazımlı deyib.

Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov hesab edir ki, insan hüquqları ilə bağlı acınacaqlı durum yaranıb.

“Əvvəlcə jurnalistləri, QHT təmsilçilərini, sonra vəkilləri təhdid etdilər. İndi bir kəlmə danışanın cibinə külli miqdarda narkotik qoyurlar. İndi mən özüm də danışmağa qorxuram, evdən çıxmağa, kimisə tənqid etməyə qorxuram. Ümumi vəziyyət belədir”, o qeyd edib.

Hüquq müdafiəçisi Samirə Ağayeva RATİ-yə qarşı təhdidlərə diqqət çəkib.

“RATİ-nin 3 sədri olub. Onlardan Emin Hüseynov məcburi mühacirətə gedib, Rasim Əliyev qətlə yetirilib, Mehman Hüseynov isə həbsdədir. Gün gələcək RATİ-nin mühacirətdə və həbsdə olan rəhbərləri də Rasim Əliyevin məzarını ziyarət edəcək”, Ağayeva deyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalistin ölümündə təqsirləndirilən şəxslər kassasiya şikayəti veriblər

    Jurnalistin ölümündə təqsirləndirilən şəxslər ...

    28-07-2017, 16:04

  • 
  • Jurnalistin ölümündə təqsirləndirilən futbolçu Cavid Hüseynov azadlığa buraxılıb

    Jurnalistin ölümündə təqsirləndirilən futbolçu ...

    12-10-2016, 20:33

  • 
  • Cavid Hüseynova 4 il həbs istənildi: Jurnalistin ölümü

    Cavid Hüseynova 4 il həbs istənildi: Jurnalistin ...

    11-05-2016, 18:39

  • 
  • Rasim Əliyevin qatilləri ifadə verdi

    Rasim Əliyevin qatilləri ifadə verdi ...

    18-01-2016, 12:09

  • 
  • Jurnalist Rasim Əliyevin döyüldüyü an - VİDEO

    Jurnalist Rasim Əliyevin döyüldüyü an - VİDEO ...

    22-12-2015, 18:01

  • 
  • Rasim Əliyevin atası : ''Mən onlara jurnalist deməzdim''

    Rasim Əliyevin atası : ''Mən onlara jurnalist ...

    18-08-2015, 21:36



Bu sayımız

Təqvim

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu