Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova atasının vəzifəsindən kənarlaşdırılmasından sonra paylaşdığı video ilə diqqət çəkib.
gundemxeber.az Kult.az-a istinadla xəbər verir ki, A.Şükürova İnstaqramda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəzifə ilə bağlı çıxışlarından birini paylaşıb. “Qula qul olmayın - istər prezident olsun, istər baş nazir, istərsə də pul ataları... Məqam, vəzifə sahiblərinin önündə əyilməyin. Bilin ki, ruzinin sahibi Allahdır”, - Türkiyə lideri sözügedən videoda deyir. Qeyd edək ki, Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov bu gün Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun əmri ilə vəzifəsindən azad edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?