Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən 63-cü km-də qəzaya uğrayan mikroavtobusun sükanı arxasında yeniyetmə güləşçiləri Cəlilabada yarışa aparan Şirvan şəhər Uşaq və Gənclər İdman məktəbinin direktoru, 39 yaşlı Samir Əhməd oğlu Əhmədov olub.
Virtualaz.org-un Şirvan bürosunun əldə etdiyi məlumata görə, qəza zamanı 11 yaşlı Şirvan şəhər sakini İlkin Adil oğlu Əhmədov hadisə yerində dünyasını dəyişib.
Mikroavtobusda olan 11 yaşlı Adəm Seymur oğlu Ramazanov isə ağır kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qəza zamanı dıgər xəsarət alanların siyahısı:
1.Ağayev Ülvi Coşqun oğlu, 11 yaş
2.Kazımov Fərid Saleh oğlu, 11 yaş
3.Əzizov Hüseyn Əliağa oğlu, 14 yaş
4.Əhmədov Kamal Samir oğlu, 11 yaş, sürücünün oğlu
5.Cəfərov Murad Əhməd oğlu, 11 yaş
6.Əhmədov Samir Əhməd oğlu, 39 yaş, sürücü, Şirvan şəhər Uşaq və Gənclər İdman məktəbinin direktoru.
Əldə etdiyimiz məlumata görə sürücü hadisənin mikroavtobusu qəflətən yolun kənarında saxlamaq istəyərkən yoldan çıxması nəticəsində baş verdiyini deyib.
* * *10:04
Səhiyyə Nazirliyi bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində baş vermiş qəzada yaralananların vəziyyəti ilə bağlı açıqlama verib.
Nazirliyin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, avtobusun sürücüsü də daxil olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan altısının vəziyyəti yaxşıdır, həyatlarına təhlükə yoxdur. Bir yaralının vəziyyəti isə ağır stabil qiymətləndirilib.
“Bir uşaq aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib”, - Abubəkirov əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?