Bu il XI siniflər üzrə keçirilən 4 buraxılış imtahanının nəticələri hələ də açıqlanmayıb.
Bu il buraxlış və qəbul imtahanları yeni üsulla keçirilir.
İmtahan nəticələri və yeni dəyişikliklər barədə saytımıza açıqlama verən təhsil üzrə ekspert Kamran Əsəsdov bildirir ki, Azərbaycan təhil sistemində kuriklium artıq 11 ildir ki tətbiq edilir, amma müəllimlər dərsi ənənəvi üsulla keçməyə davam edir:
"2019-cu ildə istər buraxlış, istərsə də qəbul imtahanında ciddi dəyişikliklər oldu. Bu ilə qədər buraxlış imtahanın nəticələri qəbul mtahanının nəticələrinə təsir etmirdi. Yəni, bu ilə qədər qəbul imtahanında 700 bal toplayırdınsa, bundan sonra həmin bal iki yerə bölünəcək. Birinci hissədə abituriyentlər 0-300 bal, ikinci hissədə isə 0-400 bal toplamalıdı. Hər iki imtahanda yığılan bal üst-üstə gəlir və sonra abituriyent ixtisas seçiminə buraxılır.
Dəyişiklik bununla bitmir, balların hesablama əmsalı və ixtisas qrupundakı fənnlərin sayı da dəyişib. Bu vaxta qədər ixtisas qruplarında fənnlərin sayı beş idi, indi isə 3 olub. Sualların sayı əvvəl 25 idi, indi 30-dur. Sualların formatı da dəyişib. 30 sualdan 22-si qapalıdır, 5 test tapşırığı açıqdır. 3-ü isə situasiya tipli test tapşırığıdır.
Əslində biz kurikliuma 11 ildi keçmişik. Amma müəllimlər dərsləri ənənəvi üsulla keçir. Mən vergi ödəyirəm, bunlar maaş alır. Təhsil Nazirliyi hara baxır? Bu il imtahana gedən uşaqlar 9-cu sinifdə iki fənndən imtahan verib və onların 65 faizi iki alıb. Çünki onlar kurikliumdan xəbərsizdilər. Təsəvvür edin, əsgərləri döyüşə göndərirsiniz, amma onların hara getdiklərindən xəbərləri yoxdur. Bəli, bu hazırda çox aktual məsələdir. Abituriyentlər aprelin 7,14, 21-i imtahan veriblər. Əvvəlki illərdə məzun olan abituriyentlərdə aprelin 28-i imtahan verib.
Kamran Əsədov iddia edir ki, cavabların gecikməsi pul tələsindən başqa bir şey deyil:
"Artıq imtahanın üstündən 50 gündən çox vaxt keçib. Cavablar ona görə çıxmır ki, indiyə kimi suallar qapalı olurdu və onları yoxlamaq çətin deyildi. İki günə nəticələr açıqlanırdı. İndi isə sualların böyük əksəriyyətini yoxlamaq üçün insan faktoru tələb olunur. İmtahanda təxminən 15 minə yaxın şəxs iştirak edib. Hər kəsə 85 test tapşırığı verilib. Həmin sualın 60-a yaxını yazı formasındadır. Bunları da bir-bir yoxlamaq lazımdır.
Buraxlış imtahanında heç bir bal məhdudiyyəti yoxdur. İmtahanın nəticəsindən asılı olmayaraq, abituriyent ikinci mərhələyə keçir. Ən ciddi problem imtahanlar bitəndən sonra başlayır. Abituriyent nə qədər bal topladığını bilmir, amma Təhsil Nazirliyi may ayının 30-dan, iyun ayını 10-a kimi onlara imtahan nəticələrindən narazı olduqları təqdirdə ikinci dəfə imtahanda iştirak etmək şansı verir. Təkrar imtahanda iştirak etmək üçün isə 40 Azn ödəmək lazımdır. Əgər mən imtahan nəticələrini bilmirəmsə, mən necə qərar verim ki, imtahan nəticələrindən razıyam ya yox? Bunlar hamısı pul tələsidir.
Ümumiyyətlə, dünyanın təhsil sistemində, hətta e.ə. Afinada, VI əsrdə Romada imtahanın cavabları 40-45 günə çıxırdı. Məsələnin digər tərəfi isə bunlar həm buraxlış, həm də qəbul imtahanına görə IX və XI siniflərdən 40 AZN pul alıblar. Lakin heç kim imtahan kitabçasını götürə bilməyib. Elə keçən il nə qədər səhv yoxlanılma faktı qeydə alınmışdı. İndi imtahan verən şəxs necə bilsin ki, o hansı suala düz, hansına səhv cavab verib? Bir nəfər də öz sual kitabçasını tələb etmir".
Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə BAKU.WS-ə açıqlamasında qeyd edib ki, yaxın 10 gün ərzində cavablar açıqlanacaq:
"Buraxlış imtahanında 15 mindən artıq abituriyent iştirak edib. Bildiyiniz kimi suallarda xeyli dəyişklik olub. Belə ki, bu il abituriyentlər qapalı suallarla yanaş, açıq suallara da cavab yazıb. Həmin tapşırıqlar hazırda markerlər tərəfindən yoxlanılır. Qapalı tipli suallar elədir ki, onlar skaner tərəfindən oxunur və cavablar tez bir zamanda açıqlanır. Amma açıq tipli tapşırıqları yoxlamaq üçün isə vaxt tələb olunur. Nəzərə alsaq ki, on minlərlə şəxs imtahanda iştirak edib, bu da milyonlarla tapşırıq deməkdir. Yaxın 10 gün ərzində isə imtahanların nəticəsi açıqlanacaq. May 12-də keçirilən qəbul imtahanın nəticəsi isə iki həftə ərzində açıqlanması nəzərə alınıb. Mayın 30-a kimi nəticələr dəqiq bilinəcək və onlar ikinci dəfə imtahanda iştirak edib, etməmələrinə qərar verəcəklər. Bundan başqa bütün imtahanlar bitəndən sonra abituriyentlərin sual kitabçası zonalar üzrə DİM-in saytına yerləşdiriləcək. Hərə öz istifadəçi adı və parolu ilə daxil olanda öz sual kitabçasını və qiymətləndirmə meyarını da görəcək".//BAKU.WS
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?