Bakı şəhəri, Zirə qəsəbəsində (Qala yolu) qatar taksini vurub.
Ilkin məlumata görə, hadisə nəticəsində biri qadın olmaqla ümumilikdə 5 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov "Report"a bildirib ki, hadisə ilə bağlı 12.44 radələrində çağırış daxil olub: "Hazırda əraziyə göndərilən 5 həkim briqadası hadisə yerində işləyir. Yaralıların vəziyyətləri ağırdır"./Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?