“Noyabrın 12-nə nəzərdə tutduğumuz piket ilə bağlı bu gün, noyabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsində olduq”
Gundemxeber.Az xəbər verir ki, bunu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
G.Aslanlı deyir ki, idarədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Müsavat Partiyasına cavab məktubu oxunub. Onun vurğulamasına görə, ardınca da Bakı Şəhər Prokurorluğunun nümayəndəsi onların xəbərdarlıq məktubunu diqqətə çatdırıb .
G.Aslanlı vurğulayır ki, onlar da öz növbələrində "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna uygun dinc aksiyanın keçirilməsində israrlı olduqlarını bildiriblər:
“Qarşı tərəfə də bizə dedi ki, BŞİH sizinlə razılşamayıb, siz də razlaşdırılmamış askiyaya çıxmayın, əgər çıxacaqsınızsa, qanunun həbsə qədər bütün variantlarından istifadə olunacaq...”.
G.Asalnlının deməsinə görə, sonda xəbərdarlıqla bağlı məktubu imzalamaları istənsə də, bundan imtina ediblər.
Bu deyilənlərə, hələlik, Bakı Şəhər Baş Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.
Sorğu
Yeni dizaynımız necədir?