Sabiq səhiyyə naziri və keçmiş siyasi məhbus Əli Insanov Şəhidlər xiyabanını ziyarət edib.
Bu haqda Insanovun özü məlumat yayıb. Sabiq nazirin yaydığı məlumatı oxucuların diqqətinə təqdim edirik: ''Bu gün 19 yanvar 2020-ci ildə 20 yanvar, Qarabağ və türkiyəli şəhidlərimizin məzarlarını ziyarət edib, onların əziz xatirələrini dərin ehtiramla yad etdim və məzarları önünə al qızıl güllər düzdüm.
Xalqımızın tarixinə şanlı səhifələr yazmış qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Biz hamımız şəhidlərimizin doğmaları ilə birlikdə bu qəhrəmanlıq günümüzü yüksək qürurla yad etməliyik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?