''Təbliğat-təşviqat kampaniyası çərçivəsində Nizami rayonu ərazisində Şərifli küçəsində seçicilərlə görüşdük.
Burada da insanlarımızın problemlərini, qayğılarını dinlədik və bir çox məsələ üçün çıxış yolunun seçkilərdən keçdiyini ifadə etdik. Seçiləcəyimiz təqdirdə, dövlətin hüquq sistemi, əhalinin sosyal problemləri, dövlət qayğısından məhrum qalmış insanlarımızın sosyal yardımları, uşaq pullarının bərpası, fiziki və əqli çətinlikləri olan insanların cəmiyyətə qazandırılması, Qarabağın işğaldan azad olunması üzrə addımların atılması, sosyal ədalətlilik, gəlir bölgüsündəki ədalətsizliyin aradan qaldırılması məsələləri daim gündəmimizdə olacaq. Biz xalqa xidməti özümüzə şərəf bilirik! Seçicisiylə çiyin-çiyinə, yan-yana dayanan, problemlərin üzərinə birgə gedən millət vəkili nümunəsini yaratmağa iddialıyıq.''
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?