Cəlilabad rayonunda oğurluqla məşğul olan dəstə ötən gecə 3 evə girib.
Hadisə rayonun Alar kəndində qeydə alınıb. Belə ki, naməlum şəxslər kənd sakinləri - Azad Dadaşova məxsus evdən 1004 manat nağd pul, Tahirə Bağırovaya məxsus evdən 1000 manat və 700 manatlıq zinət əşyaları oğurlayıblar.
Daha sonra oğurluqla məşğul olan naməlum şəxslər kənd sakini Bayram Qənbərova məxsus evə giriblər. Lakin ev sahibinin gecə qəfildən həyətə düşməsi onların planını pozub. Ev sahibinin oyandığını görən oğrular qaçaraq oradan uzaqlaşıblar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?