Təxminən 1 saat öncə, Binə qəsəbəsində, aeroport yolunda yerləşən “Kolxoz” bazarında bir nəfər orta yaşlı adam öskürüb, sonra yerindəcə dünyasını dəyişib.
İcra hakimiyyətinin əməkdaşları, təcili yardım və polis işçiləri hadisə yerinə gəliblər. Bazarda belə bir fikir yayılıb ki, rəhmətə gedən şəxs koronavirusa yoluxduğu üçün dünyasını dəyişib. Buna görə, Binə qəsəbəsinin sakinləri narahatdır ki, həmin şəxsdə virus olubsa, bu adam bazarda gəzib. Binə camaatı rəhmətə gedən şəxsin koronavirus səbəbindən dünyasını dəyişməsinə aydınlıq gətirilməsini xahiş edirlər.
Hadisə ilə bağlı gün ərzində rəsmi qurumların mövqeyini işıqlandırmağa çalışacağıq./Hurriyyet.org
Sorğu
Yeni dizaynımız necədir?