GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Ölkə » Cəmiyyət » "KQB" NECƏ VƏ NƏ SƏBƏBDƏN BAGLANDI ?"

"KQB" NECƏ VƏ NƏ SƏBƏBDƏN BAGLANDI ?"

Tarix: 8-06-2020, 16:39 Bölmə :Cəmiyyət Baxış: 345
"KQB" NECƏ VƏ NƏ SƏBƏBDƏN BAGLANDI ?"


Milli Təhlűkəsizlik Nazirliyinin ( MTN) sabiq birinci műavini Sűlhəddin Əkbərin son açıqlamaları məni də həmin môvzuya műnasibət bildirməyə məcbur etdi. Sabiq "çekist"in partiyası dővlət qeydiyyatına alındığında, dostlara sőyləmişdim ki, Sűlhəddini "danışdıracaqlar". Yanılmamışam...

Zamanında liderimiz Əbűlfəz Elçibəyə mənim də iradım olub, məhz, Sűlhəddin kimi yarıtmazları layiq olmadıqları səviyyələrə yűksəltdiyinə gőrə. Bəyi xəyanətdə suçlamaq isə yuxuma belə girməyib. Ə.Elçibəy insanlığın zirvəsi, millətsevərliyin, vətənsevərliyin birmənalı etalonu idi. Sirr deyil ki, O, xalqın sərvətinə gőz dikmədi , halal yaşadı, kimsəyə pislik etmədi. Təsadűfi deyil ki, hətta, YAP-çılar onun barəsində kəskin mővqe sərgiləməkdən çəkiniblər.Təbii ki, gűnah işlədəcəklərini bilərəkdən...
Mən intiriqalara qatılmağı heç bir zaman sevmədim. Məmur və ya siyasətçi intiriqaya o zaman baş vurur ki, ya iş bilmir, yada ki, işləmək istəmir. Xalqa űrəkdən xidmət edənlər űçűn sutkanın 24 saatının da yetərli olmadıgını təcrűbədən bilirəm...
Sűlhəddinin "KQB" aşiqliyi məni hələ Naxçıvanda olduğu zamandan təəccűbləndirib. Bu adam məhkəmə tibb eksperti olduğu halda , Naxçıvan Muxtar Respublikasının "KQB" sədri vəzifəsinə iddiasını gizlətmirdi. Hətta, o zaman Ali Məclisin sədri Heydər Əliyev Sűlhəddinə demişdi :" axi sən, nə űçűn məhz "KQB" sədri olmaq istəyirsən, səni ora bağlayan nədir?''.
Etiraf edirəm ki, onun istəyinin qarşısını mən və hərəkatçılar içində ən çox rəğbət bəslədiyim dostum Fərəməz Allahverdiyev almışdıq.
Sűlhəddininin də Milli Azadlıq Hərəkatı dőnəmində bəziləri kimi əməli iş gőrmək əvəzinə, real addımlar atanlara qısqanclıqla yanaşıb, barələrində "KQB" sayağı dezinformasiyalar yaydığından xəbərdarıq...
Qoca tarix hər kəsə layiq olduğu adı gec və ya tez műtləq verir. İndi, Sűlhəddinə bir sual verən gərək, ay "çekist", sən, hərəkat zamanı hansı konkret addımı atmışdın, hansı ideyanın műəllifi olmusan? Deyə biləcəyi olsa-olsa o olacaq ki, Naxçıvan şəhərində cəbhənin parçalanmasına nail olub. Təəssűf ki, sulhəddinlər hələ çoxdur və zaman-zaman sifarişlə çağdaş tariximizin şanlı səhifələrini saxtalaşdırıb, millətə őrnək olan Elçibəy kimi şəxsiyyətlərə camur atmağa girişirlər...
Məşhur "çekist" gileylənir ki, guya ona, arxivlərin açılmasına imkan verməyiblər. Gőrűnən odur ki, adamın heç ağlının qırağınnan keçməyib arxivləri açmaq.
İstək, cəsarət lazımıydı əlbəttə. Bunlar isə sűlhəddinkimilərə xas olmayïb, olmayacaq da...
Mənim yazdıqlarım, çıxışlarım bəzi psevdoqəhrəmanların "sinəsinə" yatmır. Riyakar, qorxaq, fűrsətbaz biriləri daima həqiqətlərdən xoflanar, yalanlarıyla őzlərini cəmiyyətə qəhrəman kimi sırımağa çalışarlar. Mən, həyatımı gerçəkliklər űstűndə qurdum, hər kəlməmi tarixi sənədlərə istinadən sőylədim ki, gűnah işlətməyim, gələcək nəsil bizi sőyməsin, Tanrının hűzuruna űzűağ gedim.
1991-ci ilin noyabr ayının 18 -i idi. Mən, iş qrafikimə uyğun olaraq idarə və műəssisələrdə gőrűşlər keçirirdim. "KQB"-nin Culfa rayon idarəsində isə səssizlikdi. Milis şőbəsi və Prokurorluqda gőrűşlər keçirib, gələcək fəaliyyətimiz barədə təkliflərimi səsləndirmişdim. "KQB''-dən isə rayon rəhbəri seçilməyim barədə quruca təbrik belə almamışdım. Həmin idarə őlkədə ən bőyűk "KQB" idarələrindən biri sayılırdı. Təsadűfi deyil ki, həmin zamanlar Culfa idarəsini "çekist"lər məktəbi adlandırır, orada çalışanları daha məsul vəzifələrə irəli çəkərdilər. Etiraf etməliyəm ki, SSRİ-nin son dőnəmində ən təmizəlli strukturlardan biri "KQB" olub. Mən, həmin strukturu heç bir zaman sevmədim və sevə də bilməzdim. Azərbaycan xalqının, nəslimin-kőkűműn başına gətirilmiş műsibətlərdən uşaqlıqdan məlumatlıydım...
"KQB"-nin sədri, polkovnik Eldar Rűstəmova telefon açıb: "Rűstəmov, kollektivinizlə gőrűşmək istəyirəm" dedim. Cavab hədsiz gőzlənilməz oldu: "mən, hələ sizi rayon rəhbəri kimi tanımaq barədə yuxarı rəhbərliyimizdən razılıq almamışam bəy". Bəy ifadəsindəki istehzanı tutsam da, əsəbimi cilovlayıb, dəstəyi yerinə qoydum.Təşkilat şőbəsinin műdirinə təcili rayon fəallarının, milis, prokurorluq rəhbərlərini dəvət etmək gőstərişini verdim.
Yıgıncaq uzun çəkmədi. Mən, "KQB" sədrinin itaətsizliyi barədə məlumat verdim. Qeyd etdim ki, onun, hələ də Doqadkin soyadlı polkovniki műavin vəzifəsində saxlaması, SSRİ sərhəd qoşunlarının əməliyyatçısı Konavalova kabinet ayırması şəhidlərimizin ruhuna xəyanətdir. Rayon Xalq Deputatları İcraiyyə Komitəsinin sədri Telman Xudaverdiyev əvvəllər Şahbuz və Ordubad rayonlarının kommunist rəhbəri olduğundan űzűmű ona tutub: "Telman műəllim, Siz daha təcrűbəlisiniz, sőyləyin gőrək, rayonlarda "çekist"lər nə iş gőrűrlər"-sualını verdim. Onun cavabı hamımızın gűlűşűnə səbəb oldu:" -Bəy, vallah, mən, onlardan agıllı bir sőz eşitməmişəm. Şahbuza rəhbərlik etdiyim zaman "KQB"-dən xəbər gəldi ki, bir nəfər dővlətə qarşı təxribat edir. Demə, həmin bir nəfər traktorçu imiş. Onun traktoru çayın kənarında saxlaması təxribatıymış. Guya, sel gələndə traktoru aparacaqmış . A kişilər, o çay velosipedi aparmaz eyy. Qalmışdı "ES" traktoru aparsın". Mən də zarafatımdan qalmadım: "Telman műəllim, sizin, bu sahədə təcrűbənizi nəzərə alıb, Milli Təhlűkəsizlik Nazirliyimiz yaranana qədər, Culfada "KQB" idarəsinin bağlanması űçűn yaradılmış komissiyaya sədrliyinizi təklif edirəm. Sizə yarım saat vaxt ayırıram ki, milis işçiləri və műdafiə komitəsinin dőyűşçűləriylə birgə "KQB"-nin idarəsini mőhűrləyib, műhafizəsini təşkil edəsiniz"- dedim.
Cəmi 20 dəqiqə keçmişdi ki, məni rayon rəhbəri kimi tanımaq istəməyən polkovnik Eldar Rűstəmov və digər iki əməkdaş qəbuluma gəldi. Polkovnikin rəngi sap-sarı saralmışdı.
-Bəy, bir səhvdi etdim, keç gûnahımdan-deyə, ağlamsındı.
-Keçmiş olsun. Bir idarə rəisi rayon rəhbərini tanımayacaqsa, əksinə, təxribatçı qruplara dəstək verəcəksə, bizim bir yerdə addımlamağımız műmkűn deyil-dedim. İki gənc əməkdaşa doğrusu űrəyim ağrıdı. Mərdimazarlıq etməyi də sevməmişəm. Űzűmű onlara tutub: "darıxmayın, ola bilsin ki, yenə Culfada çalışdınız".
Vədimə xilaf çıxmadım, bir neçə aydan sonra onlardan birini Culfaya rəis təyin olunmasına nail oldum...
"KQB"-nin bağlanması xəbəri Heydər Əliyevə çatmışdı.Telefon açıb, təcili yanıma gəl dedi.
Narahat idi :-yenə nə oyun çıxarmısan. Kimlərə meydan açdığından xəbərin var?! Mənim sənə yazığım gəlir. Őzűnű bilə-bilə məhv edirsən.Onlar, səhvlərini başa dűşűblər, qayıt, gőstəriş ver ki, idarənin qapısînı açsınlar -dedi.
Baş verənləri ətraflı danışdım və əlavə olaraq bildirdim ki, "KQB"-nin Naxçıvan rəhbərliyi də Sizə qarşı təxribatlar hazırlayır. Diqqətlə űzűmə baxıb: "bu məlumat səndə hardandır?! Mənə də belə xəbərlər çatıb. Sən, çalış ordan sənədləri çıxarmasınlar. Ehtiyatlı ol"-məsləhətini verdikdə, bildim ki, idarənin bağlanmasına razılıq verib.
-Narahat olmayın, idarədən bir "çőp" belə gőtűrə bilməyiblər. Ancaq geciksək, Naxçîvanda və digər rayonlarda "litrnı delo"lar qalmayacaq-deməyimlə, Heydər Əliyev elə qəhqəhə çəkib gűldű ki.
-Sən hardan bilirsən bunu?!
-Yadınızdan çıxıb, bir dəfə őzûnűz demisiniz.
-Yadımda Ramiz, sənin onu yaddaşına həkk etməyinə gűlűrəm.
Ertəsi gűn Rűstəmovu çağırıb, idarəni gőzdən keçirməyə getdik. Həvəslə hər yeri gőstərir, izah edirdi. Dűşűnűrdű ki, H.Əliyev məni mővqeyimdən daşındırıb. "VÇ" telefonunu gőstərib, bu, birbaşa Moskvayla əlaqə űçűndűr-dedi.İstirahət otağında divara vurulmuş qutunun qapağını açıb, bu da "VÇ"-nin şifrə qutusudur"- deyərək, barmaqlarıyla şifrəni dəyişdirdiyini sezdim.
-Təşəkkűr edirəm Rűstəmov, nəhayət ki, anladın, Moskvayla əlaqə kəsilməlidir.
-Bəy, sizin də gőzűnűzdən heç nə yayınmır -deyərək mızıldandı.
Bir ay keçmədi ki, Heydər Əliyev məni çağırıb, Ramiz, sənin təcrűbəni nəzərə alıb, Naxçıvanda "KQB"-nin bağlanması űçűn deputat komissiyasına űzv salmışam-dedi.
Dedim ki , ora artıq bağlanmış kimidi. Ag vərəqlərdən savayı heç nə saxlamayıblar...G

Arzulasanız, ardı olacaq Dostlar !!!

Ramiz Tağıyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qonşu otaqda nə baş verdiyindən xəbərsiz “kəşfiyyatçı”

    Qonşu otaqda nə baş verdiyindən xəbərsiz ...

    5-06-2020, 11:00

  • 
  • Qapalı görüşün bir razılaşması - Sülhəddin Əkbərin partiyası qeydiyyata alınacaq (ÖZƏL)

    Qapalı görüşün bir razılaşması - Sülhəddin ...

    13-12-2014, 22:57

  • 
  • Sülhəddin Əkbərin sənədləri yenə geri qaytarıldı

    Sülhəddin Əkbərin sənədləri yenə geri qaytarıldı ...

    10-10-2014, 17:58

  • 
  • Sülhəddin Əkbərin partiyasının üzvləri Milli Şuradan çıxdılar

    Sülhəddin Əkbərin partiyasının üzvləri Milli ...

    8-07-2014, 16:20

  • 
  • Rəsul Quliyevlə Sülhəddin Əkbərin şok telefon söhbəti – (Audio)

    Rəsul Quliyevlə Sülhəddin Əkbərin şok telefon ...

    24-09-2013, 15:25

  • 
  • Mlli Şuradan Rəsul Quliyevə ETİRAZ

    Mlli Şuradan Rəsul Quliyevə ETİRAZ ...

    27-06-2013, 12:46



Bu sayımız

Təqvim

«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728

Arxiv xəbərlər

Fevral 2021 (557)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu