Ölkədə nağdsız hesabalaşmaları stimullaşdırmaq məqsədilə həyata keçirilən “ƏDV geri al” kompaniyası gün gündən vüsət alır. Ödənişləri nağdsız qaydada aparmaq “ƏDV geri al”ınmasında da xeyli sərfəlidir.
Belə ki, ödəniş nağdsız aparıldıqda müştəri ƏDV faizinin 15%-i, nağd ödənişdə isə 10%-i geri alır. Ona görə də ödənişlərini bank kartları ilə nağdsız aparanlar daha çox ƏDV qazancı əldə edilir. Bu haqda geniş şərh etmədən GundemXeber.Az-ın redaksiyasına avtomobil almaq istəyən Rəşad Məmmədli adlı müştərinin üz-üzə qaldığı fırıldaqçılıqla bağlı daxil olan müraciətini təqdim edirik: "Mən də “ƏDV geri al” kompaniyasından neçə illər arzusunda olduğum “BMW 528 “ avtomobilinin alışı zamanı yararlanmaq istədim. Bakı şəhəri Tbilisi prospektindəki “İST petrol” YDM-in nəzdində olan” İST CARS” avtosalonundan “BMW 528 “ avtomobilini almaq istədim. Salonda niyəsə bütün avtomobillərə qiymətlər ABŞ dolları ilə qeyd olunmuşdu. Azərbaycan qanunvericiliyinə əsasən ölkə ərazisində alqı satqı ancaq manatla həyata keçirilməlidir. Nəsə, salonda 23800 dollara BMW 528 bəyəndim. Salonun Azər adlı işçisi ilə danışıqlar apardım. Qiymətdə razılaşdıq. Mən fikirləşdim ki. ödənişi bank kartı vasitəsi ilə edim. Və “ƏDV geri al” kompaniyasından 700- 800 manata yaxın qazanc əldə edim. Amma mənə bildirildi ki,salonda nə nəzarət kassa aparatı, nə də posterminal vardır. Bildirəndə ki “İST Petrol “ YDM də kassa da, posterminal da var. Sizdə niyə yoxdur. Azər adlı işçi bildirdi bizim YDM ə aidiyyatımız yoxdur. Müdirimiz Elvin müəllim salonu icarəyə götürüb.
Mən çox təəccübləndim. Ölkədə hər bir kiçik köşkə kassa aparatı,posterminal qoyulduğu halda milyonlarla manat alveri olan avtosalonda nə kassa aparatı ,nə də posterminal var. Bu günki gündə azad olunmuş torpaqlarımızın bərpası, yaralı qazilərimizin müalicəsi üçün büdcəyə daxil olan hər bir qəpiyin əhəmiyyətli olduğu vaxtda Bakı şəhərinin mərkəzi yerlərindən birində, açıq-aşkar büdcədən yüz minlərlə manat vergi yayındırılır. Çox maraqlıdır ki, bu salonu Vergi əməkdaşları niyə görmək istəmirlər?"
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?