GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Ölkə » Cəmiyyət » Azərbaycan jurnalistləri “İskəndər-M”lə bağlı Rusiya səfirliyinə müraciət etdi

Azərbaycan jurnalistləri “İskəndər-M”lə bağlı Rusiya səfirliyinə müraciət etdi

Tarix: 7-04-2021, 09:37 Bölmə :Cəmiyyət Baxış: 24
Azərbaycan jurnalistləri “İskəndər-M”lə bağlı Rusiya səfirliyinə müraciət etdi


Azərbaycanın tanınmış jurnalistləri Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb.

Müraciət Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkarlanması ilə bağlıdır. Müraciətdə deyilir:

“Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqlarının aşkar edilməsi Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları erməni işğalından azad edilmiş Şuşa şəhərində minaların və partlamamış hərbi sursatların axtarışı və zərərsizləşdirilməsi zamanı ballistik raketin detallarını aşkar ediblər. Raketin qalıqları üzərində qalmış tanıma nömrəsinin (9M723) təhlili göstərib ki, Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən atəş açılıb. Raketin qalıqları hələ martın 15-də aşkar edilib. Lakin, Azərbaycan tərəfi bu qalıqların məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olmasını yalnız hərtərəfli ekspert təhlilindən sonra elan edib.

Biz xatırlatmağa məcburuq: Yerevanda dəfələrlə belə bəyanatlar səslənib ki, Ermənistan Azərbaycana Rusiya istehsalı olan “İskəndər” Operativ-Taktiki Raket Kompleksindən atəş açıb. Məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan bu cür iddialarla çıxış ediblər.

Lakin, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov o vaxt Qarabağda “İskəndər” raketlərinin tətbiq olunmasını qəti inkar edərək bildirib: “Bizdə olan, o cümlədən obyektiv nəzarət sistemi ilə təsdiq edilmiş obyektiv və mötəbər məlumatlara görə, Dağlıq Qarabağda münaqişənin gedişində bu tipli heç bir raket kompleksi tətbiq edilməyib”.

Lakin indi Şuşada “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksinə mənsub olan raket detalları aşkar edilib. Operativ-Taktiki Raket Kompleksinin bu modifikasiyası ixrac edilməməlidir və Rusiya ordusunun təchizatında istifadə olunur”.

Müraciətdə bildirilir ki, Şuşada məhz “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksin raketinin qalıqlarının aşkar edilməsi hələ aprelin 2-də elan olunub. Bu xəbər həm Azərbaycan, həm də xarici KİV tərəfindən geniş işıqlandırılıb:

“Lakin, indiyə qədər Rusiya tərəfinin dəqiq və birmənalı rəsmi cavabı eşidilməyib. Biz təəccüblənirik ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, digər əlaqədar strukturların şəxsində Şuşa şəhərinə “İskəndər-M” Operativ-Taktiki Raket Kompleksindən necə atəş açıla bilməsinə aydınlıq gətirməyə tələsmir. Əlbəttə, bu faktın tam və hərtərəfli təhqiqatı vaxt tələb edir. Lakin, hətta, təhqiqatın başlanması barədə rəsmi bəyanatın da olmaması Azərbaycan ictimaiyyətində ciddi anlaşılmazlıq və narahatlıq doğurur.

Ümidvarıq ki, Rusiya tərəfi ən yaxın vaxtda öz rəsmi mövqeyini bildirəcək və təhqiqatın başlanmasını rəsmən elan edəcək”.

Müraciəti aşağıdakı jurnalistlər imzalayıb:

1. Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri
2. Əflatun Amaşov - Mətbuat Şurasının sədri
3. Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru
4. Eynulla Fətullayev – Haqqin.az saytının baş redaktoru
5. Mehriban Məmmədova – AZTV-nin İnformasiya Proqramları Baş Studiyasının Baş direktoru
6. Orxan Fikrətoğlu – müstəqil jurnalist
7. Elçin Mirzəbəyli - “Xalq cəbhəsi” qəzetinin baş redaktoru
8. Səadət Məmmədova – ATV prezidentinin müşaviri
9. Həmid Həmidov - jurnalist, bloger
10. Murad Hüseynov – İTV-nin Baş direktorunun müavini
11. Mübariz Əsgərov – müstəqil jurnalist
12. Şakir Eminbəyli – “Rossiya 24” kanalının Azərbaycandakı nümayəndəsi
13. İlqar Mikayıloğlu – REAL TV-nin hərbi analitiki
14. Lalə Azərtaş – Xəzər TV-nin aparıcısı
15. Emin Musəvi – ASAN radionun rəhbəri
16. Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru
17. Elçin Şıxlı - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru
18. Azər Qərib - bloger
19. Tofiq Abbasov – AZTV-nin siyasi icmalçısı
20. Əli Hacızadə - bloger
21. Vyacheslav Sapunov - bloger
22. Ədalət Verdiyev – bloger
23. Tofiqəxanım Qasımova (Nurani) - “Minval.az” saytının siyasi icmalçısı
24. Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru
25. Vüsal Məmmədov - Azvision.az saytının baş redaktoru
26. Şakir Ağayev - “Novaya Vremya” qəzetinin baş redaktoru.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İdris İsmayılov: “İskəndər” raketinin Ermənistanın hansı tərəfindən atıldığı məlum deyil”

    İdris İsmayılov: “İskəndər” raketinin ...

    2-04-2021, 09:47

  • 
  • ANAMA və DİN-dən təcili əməliyyat - VİDEO

    ANAMA və DİN-dən təcili əməliyyat - VİDEO ...

    9-01-2021, 11:09

  • 
  • Kürdəmirə atılan raketlə bağlı ANAMA-dan açıqlama

    Kürdəmirə atılan raketlə bağlı ANAMA-dan açıqlama ...

    22-10-2020, 17:24

  • 
  • Bütün Şimali Avropa məhv edilə bilər – Qərbdə Rusiya ilə müharibə SSENARİSİNİ AÇIQLADILAR

    Bütün Şimali Avropa məhv edilə bilər – Qərbdə ...

    23-07-2018, 11:01

  • 
  • Koreya Rusiya sərhədinə raket atdı: Moskvadan cavab

    Koreya Rusiya sərhədinə raket atdı: Moskvadan ...

    14-05-2017, 23:39

  • 
  • Şimali Koreya yeni raket sınağı keçirib

    Şimali Koreya yeni raket sınağı keçirib ...

    14-05-2017, 20:03



Bu sayımız

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Arxiv xəbərlər

Aprel 2021 (425)
Mart 2021 (563)
Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (733)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu