Bu gün səhər saatlarında Şəmkirdə yaşayış evində partlayış olub.
gundemxeber.az-ın APA-ya istinadən məlumata görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.
Kənd sakini 1977-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret çəkib və bu zaman partlayış baş verib. Hadisə zamanı A.Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?