Bakıda 3 uşaq anası ailəsini ataraq başqa kişiyə qoşulub qaçıb.
Gündəm Xəbər bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru Vasif Akifli sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, Xəyalə Kərimova iyulun 1-də ailəsindən ayrılıb. Gəlin qaçdıqdan sonra uşaqların nənəsi nəvələrini küçəyə atıb. Uşaqlar Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər. Ən maraqlısı isə odur ki, uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub. Ağsu rayon Polis Şöbəsindən verilən məlumata görə, uşaqların atası (rəsmi boşanıblar) 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017 ci ildən borclu kimi axtarışdadır. Koordinatorun sözlərinə görə, həftənin ilk iş günü uşaqların ana və atası haqqında axtarış başladılmaqla yanaşı, uşaqları xəlvət atan və qaçan nənə barəsində də hüquq mühafizə orqanlarına müraciət ediləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?