Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.
gundemxeber.az report.az-a istinadən bildirir ki, hadisə Nizami rayonu ərazisində baş verib.
Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb. Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?