gundemxeber.az-ın Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadla verdiyi məlumata görə, Marneulidə saxlanılan 1990-cı il təvəllüdlü İ.M. adlı şəxsin avtomobilində “Kalaşnikov” avtomatı, 2 daraq və 50 patron aşkarlanıb.
Saxlanılan şəxsin 2014-cü ildən İnterpolun “qırmızı xətti” ilə axtarışda olduğu müəyyənləşib. O, qətl törətməkdə günahlandırılır.
Gürcüstan DİN dövlət sərhədini qanunsuz keçmə və qanunsuz silah saxlama maddələri ilə istintaq aparır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?