Bu gecə saat 01 radələrində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.
Sabunçu RPİ-dən verilən məlumata görə, Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” (yük) və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilən minik avtomobilinin sürücüsü E. Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar. Qəzayla bağlı avtotexniki ekspertiza təyin edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən cinayət məcəlləsinin 263.3-cü maddəs ilə cinayət işi başlanıb və “Renault”un sürücüsü həbs edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?