Bakıda azyaşlı qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəlal Mehdiyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin təqdimatına baxılıb.
Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, müstəntiqin təqdimatı təmin olunub və Cəlal Mehdiyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Cəlal Mehdiyev sosial şəbəkədə azyaşlı qızları aldadıb. O, qızlara hədə-qorxu gəlib, onları fahişəliyə cəlb edib.
Şikayət əsasında Cəlal Mehdiyev Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İstintaq orqanı tərəfindən Cəlal Mehdiyevə Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək), 171.1-ci (yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) və 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddələri ilə ittiham elan edilib.
Hazırda istintaq hərəkətləri davam edir./Teleqraf.com
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?