Quba rayonu ərazisində müxtəlif vaxtlarda oğurluq edərək vətəndaşlara külli miqdarda maddi ziyan vuran şəxslər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən Cavid Nəcəfov saxlanılıb. Onun oktyabr-noyabr aylarında rayonun Bağbanlı kəndi ərazisində yerləşən bağlardan və şəhər bazarı ərazisindəki mağazalardan 5 oğurluq hadisəsi törətməsi, vətəndaşlara məxsus pul qabları, mağazalardan tütün məmulatları, spirtli içki və yeyinti məhsulları oğurlaması müəyyən edilib.
Bununla yanaşı, oxşar cinayətləri törədən başqa şəxslər də müəyyənləşdirilib. Belə ki, rayon ərazisində yerləşən inşaat materialları mağazalarının birindən xeyli miqdarda santexnika avadanlıqları oğurlamaqda şübhəli bilinən Rafiq Abdullayev, eləcə də Quba şəhər sakini M.Məmmədovun etibarından istifadə edərək aldatma yolu ilə pulunu mənimsəyən Qəribşah Hacıağayev saxlanılıblar.
Saxlanılan hər üç şəxs məsuliyyətə cəlb olunub. Onların başqa oğurluq hadisələrində iştirakı araşdırılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?