Bakıda həmkəndlisini qətlə yetirən Ağstafa rayonunun Dağ Kəsəmən kənd sakini Rauf Murğuzovun rayondakı ata evi daşa basılıb. Bu barədə kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, qətli törədən R. Murğuzov həbs olunmasına baxmayaraq, öldürdüyü həmkəndlisi Elman Xəlilovun qadın qohumları evi daşa basıb, şüşələrini sındırıblar
Gundemxeber.Az bildirir ki, yeniavaz.com məsələ ilə bağlı Dağ Kəsəmən kənd icra nümayəndəsinin müavini Anar İsmayılovla əlaqə saxlayıb.
A. İsmayılov belə bir hadisənin baş verdiyini təsdiqləyib: "Qətlə yetirilən Elman Xəlilov həqiqətən çox mərifətli bir oğlan idi. Kənddə ona dərs deyən müəllimlərlə əlaqə saxladıq, onlar da bunu təsdiqlədilər. Öz biliyinə güvənən, istedadlı şagirdlərdən olub, məktəbi bitirib ali məktəbə daxil olmuşdu. Ona görə də belə bir gəncin qətlə yetirilməsi qohumlarını sarsıdıb. Qadınlar cinayəti törədən Rauf Murğuzovun böyüdüyü kənddəki evin qarşısına gələrək, daşlayıblar. Ancaq polislər bunun qarşısını alıblar və hazırda ev mühafizə olunur".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?