DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz olaraq silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş K.Şuari saxlanılımışdır. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “TT” markalı tapança aşkar edilərək götürülmüşdür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?