Ali Məhkəmə reallig.info saytının redaktoru İkrah Rəhimovun kassasiya şikayətinə dekabrın 28-də baxacaq. Onun yaxınlarının Turan-a verdikləri məlumata görə, redaktor ruh yüksəkliyini qoruyub saxlayır və Ali Məhkəmənin ədaləti bərpa edəcəyinə ümid edir.
İkram Rəhimov prezidentin ictimai-siyasi məsələlər üzrə keçmiş köməkçisi Əli Həsənovu və onun ətrafındakıları kəskin tənqid etməsi ilə məşhurdur. O, KİV-ə maliyyə yardımının və jurnalistlərə mənzillərin paylanması zamanı sui-istifadələr haqqında yazırdı.
Rəhimov 2018-ci ilin oktyabrında Həsənovu tənqid edən açıq məktubu dərc etdikdən bir neçə saat sonra saxlanılıb.
2018-ci il iyunun 12-də o, 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb, aksiyanı 30-cu gündə - sentyarın 5-də dayandırıb.
Sentyabrın 18-də Apellyasiya Məhkəməsi Rəhimovu hədələmə yolu ilə pul tələb etməkdə təqsirli bilib, amma CM-in 62-ci maddəsini (qanunla nəzərdə tutulmuş ən az cəzanın təyin edilməsi) tətbiq edərək, həbs müddətini 3 ilə qədər azaldıb.
Bir sıra beynəlxalq jurnalist təşkilatı Rəhimov barəsində hökmü pisləyib.//Turan
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?