GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Ölkə » Kirminal » Bakıda iki kişinin sevgili üstündə qanlı davası: Araya girən qadın...

Bakıda iki kişinin sevgili üstündə qanlı davası: Araya girən qadın...

Tarix: 19-11-2020, 09:58 Bölmə :Kirminal Baxış: 39
Bakıda iki kişinin sevgili üstündə qanlı davası: Araya girən qadın...


Bakının Nizami rayonunda keçmiş sevgilisini bıçaqlamaqda ittiham olunan Ağdam rayon sakini, 1989-cu il təvəllüdlü Elnur Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Elnur Bağırov əvvəllər qeyri-rəsmi nikah münasibətində olmaqla sonradan ayrıldığı Mayisə Sarıyevanın həmin vaxt yaxın əlaqədə olduğu Mayılla təsadüfən rastlaşıb. Mayıl onun ünvanına qiyabi nalayiq ifadələr işlətməsinə iradını bildirib və mübahisə edib.

Həmin yerə gələn Mayisə Sarıyeva Mayılı sözlə müdafiə edib. Elnur Mayisənin Mayılın tərəfini tutmasını bəhanə edib və onu bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Elnur Bağırovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Elnur Bağırov özünü Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yox, 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilib.

O qeyd edib ki, Ağdam şəhərində qeydiyyatda olsa da, ailəsi ilə Bakıda yaşayıb: “Mayisə ilə mənim aramda qeyri-rəsmi ər-arvad münasibətlərimiz olub və bir müddət Mayisənin kirayə evində yaşamışıq. Hadisə baş verməzdən 7 ay əvvəl münasibətlərimiz pozulub. Lakin yenə də bir neçə dəfə görüşmüşük. Mayisə məndən ayrılandan sonra Mayıl adlı şəxslə yaşayıb. Bir dəfə Mayisəyə zəng etdiyim zaman onun telefonunu Mayıl açdı və telefonda mənə nalayiq söyüşlər söydü, Mayisəyə zəng etməməyimi bildirdi”.

Elnur Bağırovun sözlərinə görə, hadisə baş verən günü, saat 22 radələrində Nizami rayonu, Babək prospektində yerləşən “Monte Karlo” şadlıq sarayının yanından keçərək Keşlə qəsəbəsinə gedib: “Mayisənin yaşadığı evin darvazasının yaxınlığında Mayılla təsadüfən qarşılaşdım. Mayılı görən kimi ondan ünvanıma niyə söyüş söydüyünü soruşdum. O, yenə məni təhqir etdi, aramızda mübahisə yarandı. Həmin vaxt Mayisə də ora gəldi, o da məni təhqir etməyə başladı.

Təhqirlərdən əsəbləşərək cibimdə olan “brolok” kimi istifadə etdiyim aksesuarın içəsisində olan bıçağı açdım və Mayılı vurmaq istədim. Bu zaman bizi aralamaq istəyən Mayisənin kürək nahiyəsindən vurdum. Mayisənin kürəyindən qan gəldiyini görəndə dayandım. Öz əməlimdən peşman oldum, həkim çağırmaq istədim.

Mayisə həkim çağırmağıma etiraz etdi və oradan getməyimi tələb etdi. Hadisə yerindən uzaqlaşaraq bulvara getdim. Sahildə xatırlamadığım yerdə broloku dənizə atdım. Sonradan polislər tərəfindən axtarıldığımı öyrəndim. Nizami rayon Polis İdarəsinə könüllü gəldim, törətdiyim cinayət əməlini etiraf etdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mayisə Sarıyeva bildirib ki, Tovuz rayonu, Alakor kəndində pasport qeydiyyatında olsa da, 2011-ci il tarixdən Nizami rayonunda yetinlik yaşına çatmayan iki övladı ilə birlikdə kirayədə yaşayıb: “Hadisədən üç il əvvəl Elnurla tanış oldum və aramızda qeyri-rəsmi ər-arvad münasibətləri yarandı. Elnurla kirayədə birlikdə yaşamışıq.

Hadisədən 7 ay əvvəl münasibətlərimiz pozuldu, lakin hərdənbir görüşdük. Elnurdan ayrıldıqdan sonra Mayıl adlı şəxslə qeyri-rəsmi ər-arvad kimi yaşadıq. Bir dəfə Elnur mənə telefonla zəng edəndə telefonu Mayıl açdı, Elnura nalayiq söyüş söydü”.

Mayisə Sarıyevanın sözlərinə görə, hadisə baş verən günü saat 22 radələrində yaşadığı evin həyətində olarkən küçədə darvazanın yanında Mayılla Elnurun səsini eşidib və bayıra çıxıb: “Küçədə Elnurla Mayılın mübahisə etdiklərini gördüm. Elnur əli ilə Mayılı vurmaq istəyəndə əsəbləşdim, Elnura naylayiq sözlər dedim.

Elnur mənə fikir vermədi, mübahisəni davam etdirdi. Mübahisə daha da qızışdı, Mayıl Elnuru təhqir etdi. Elnur bu zaman əlində olan bıçaqla Mayılı vurmaq istəyəndə araya girdim. Bıçaq təsadüfən mənə dəydi. Elnur həkim çağırmaq istədikdə onu oradan qovdum, özüm həkimə müraciət etdim.

Əvvəlcə həkimə yıxıldığımı dedim. Lakin sonra Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin əməkdaşına hadisə barədə olduğu kimi məlumat verdim”.

Maysə Sarıyeva bildirib ki, hadisə olan zaman Elnurun ona xəsarət yetirmək niyyəti olmayıb: “Hadisə zamanı Mayıl Elnura dedi ki, məni heç kim vura bilməz, məni vurmaq istəyəni yenə söyərəm. Mayılı vurmaq istəyərkən bıçaq zərbəsi mənə dəydi”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Bağırov 7 il müddətinə azadlıqdan məhrum edilib./Teleqraf.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Özüm üçüncü, qardaşım ikinci qrup əlildir, ...

    11-04-2020, 12:49

  • 
  • Bakıda ərini bıçaqla ürəyindən vuran qadının məhkəməsi başladı

    Bakıda ərini bıçaqla ürəyindən vuran qadının ...

    23-01-2019, 11:38

  • 
  • Bakıda ərini bıçaqlayan qadının cinayət işi üzrə ibtidai istintaq başa çatıb

    Bakıda ərini bıçaqlayan qadının cinayət işi üzrə ...

    14-01-2019, 21:20

  • 
  • Avropa çempionuna hökm oxundu

    Avropa çempionuna hökm oxundu ...

    24-05-2018, 11:22

  • 
  • “Odnoklassniki”də ölümlə nəticələnən tanışlıq

    “Odnoklassniki”də ölümlə nəticələnən tanışlıq ...

    27-11-2015, 17:51

  • 
  • Sevgilisini kişilərlə görüşdürən

    Sevgilisini kişilərlə görüşdürən "Elnur ...

    29-10-2015, 16:37



Bu sayımız

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Yanvar 2021 (354)
Dekabr 2020 (582)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (678)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (595)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (353)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu