GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Ölkə » Mədəniyyət » İşğaldan azad olunan Hadrutun qədim tarixi: - “Döyüşdə öldürülən müqəddəs oğlan”

İşğaldan azad olunan Hadrutun qədim tarixi: - “Döyüşdə öldürülən müqəddəs oğlan”

Tarix: 14-10-2020, 12:37 Bölmə :Mədəniyyət Baxış: 101
İşğaldan azad olunan Hadrutun qədim tarixi: - “Döyüşdə öldürülən müqəddəs oğlan”


“Cəbrayıldan tutmuş Hadruta, oradan Ağcabədiyə qədər ərazilərin keçmiş adı olan Vərəndə mahalının adı da qədim zamanlarda Quruçay və Qarqarçay (Füzuli) ətraflarında və Xankəndi şəhəri ərazisində yaşamış türkdilli Vərənd tayfasının adından götürülüb. Hadrut rayonuna məxsus Cilan, Quşçular, Dolanlar, Bünyadlı, Daşbaşı, Mülkədərə və Ağcakənd adlı erməni kəndlərinin adları da Azərbaycan türk sözləridir. Dolanlar kəndinin əsasını qoyan dolan tayfası erməni yox, tatar-monqol mənşəli olub. Dolanlar kəndinə orta əsrlərdə Ərgünəş də deyilib. Bu əraziyə ermənilər 1828-ci il “Türkmənçay” müqaviləsindən sonra köçməyə başlayıblar. İranın Qaradağ əyalətindən gələn ermənilər həmin kənddə məskunlaşıblar”.

Bunu tarixçi Zaur Əliyev deyib. Z.Əliyev bildirib ki, Hadrut əvvələr Dizaq mahalına daxil olub:

“Qarabağ xanlığı dövründə inzibati vahidə görə 22 ərazi var idi və Dizaq Mahalı Hadrut kəndindən Şəybəy, Nüzgar kəndlərinə qədər əraziləri əhatə edirdi . Dizaq-Cavanşir mahalına Horadiz-Maralyan-Soltanlı kəndləri istiqamətində olan ərazilər, Xudafərin mahalına Dağtumas-Sirik kəndləri və Diri dağı zonası, Çovundur mahalına isə Diri dağından Oxçu çaya qədər ərazilər daxil idi. Sonradan bu ərazini Ağoğlan adlandırmağa başladılar. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan” mənasını daşıyır.

Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun adı 1923-cü ilədək Ağoğlan, 1923 - 1939-cu ilədək adı Dizaq olub.

1923-cü il iyulun 7-də Azərbaycan SSR MİK-nın dekreti ilə Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldı. Cəbrayıl qəzasına daxil olan Bünyadlı, Hərəkül, Zamzur, Dolanlar, Hadrut, Edilli, Vənk və s. kəndlər Cəbrayıl qəzasından alınıb DQMV-nin tabeliyinə verildi. Ərazidə erməni əhalisinin sayı çoxaldıqca, Ağoğlan kəndi ərazisində olan müxtəlif tarixi və mədəniyyət abidələrini, alban memarlıq abidələrini, eləcə də digər tarixi abidələri də müxtəlif yollarla, dəyişikliklər aparmaqla özününküləşdirməyə çalışıblar.

Ərazi fars dilində ha (ara), du (iki) və rud (çay) komponentlərindən düzəlib, "iki çayın arası" mənasını ifadə edən Hadrut kimi adlanmağa başladı. Ermənilər isə Hadrutu əhatəyə alan Güney və Quzey çay adlarını dəyişə bilmədilər.

10 sentyabr 1939–cu ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə respublikanın ərazi-inzibati bölgüsündə bir sıra dəyişikliklər edildi. Belə ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin Dizak bölgəsi Hadrut adlandırılıb. 26 noyabr 1991-ci ildə ləğv edilib və ərazisi Xocavənd rayonunun tərkibinə verilib.

Ərazi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. Azərbaycan Ordusu 2020-ci ilin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsini və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərini işğaldan azad edib”. /cebhe.info/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilər Hadrut yaşayış məntəqəsi istiqamətindən geri çəkilib

    Ermənilər Hadrut yaşayış məntəqəsi istiqamətindən ...

    12-10-2020, 10:30

  • 
  • Erməni gənclər Azərbaycan torpaqlarında növbəti kütləvi yürüşə başladı- Şuşa- Laçın-...-İrəvan...- FOTO

    Erməni gənclər Azərbaycan torpaqlarında növbəti ...

    2-09-2019, 12:48

  • 
  • Füzuli və Cəbrayıl rayonlarının işğalından 25 il ötür

    Füzuli və Cəbrayıl rayonlarının işğalından 25 il ...

    23-08-2018, 11:15

  • 
  • Prezident İlham Əliyev:

    Prezident İlham Əliyev: "Cocuq Mərcanlı kəndinin ...

    14-06-2017, 18:49

  • 
  • Kəlbəcərdə öldürülən erməni əsgərlərin adları açıqlandı

    Kəlbəcərdə öldürülən erməni əsgərlərin adları ...

    7-04-2016, 14:44

  • 
  • Klassik erməni istəyidir, türkdən gələn hər şeyin uzununu istəyirlər.

    Klassik erməni istəyidir, türkdən gələn hər şeyin ...

    9-07-2013, 00:45



Bu sayımız

Təqvim

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu