İcra başçısı Əziz Əzizovla sabiq nazirin təsərrüfat yeyintiləri araşdırılacaq
Sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovla Cəlilabadın icra başçısı Əziz Əzizovun 2012-2013-cü illərdəki kənd təsərrüfatına dövlət büdcəsinə ayrılan vəsaitlərlə bağlı «əməkdaşlığı» araşdırılacaq. Bu barəgə redaksiyamıza daxil olan məlumatlara əsasən, Cəlilabad rayonunda üzümçülük təsərrüfatlarının inkişafı ilə bağlı olaraq büdcədən ayrılan kredit və subsidiyaların təyinatı üzrə xərclənməsinə dair faktların araşdırılmasına başlanılacaq. Məlumatlara əsasən, 2013-cü ildə Cəlilabad rayonunda kənd təsərrüfatı subyektlərinin suvarma ilə təmin edilməsi üçün ayrılan vəsaitlər talan edilib. Hazırda yaz-tarla mövsümü olmasına baxmayaraq, rayonun Əliqasımlı kənd sakinləri becərdikləri kartof sahələrini suvara bilməmələrindən şikayətlənirlər. Əkinlərin suvarılması üçün istifadə olunan kanalda son 4 gündən bəri suyun verilişi tamamilə dayandırılıb. Bu isə məhsul götürmək ərəfəsində olan 2000 hektardan yuxarı kartof sahəsinin tədricən yanmasına gətirib çıxara bilər. Fermerlərin sözlərinə görə, tez bir zamanda suyun verilişi bərpa olunmazsa vəziyyət hər gün daha da gərginləşəcək. Mənbəyini Araz çayından götürən mexanikləşdirilmiş kanalın suyundan Cəlilabad rayonunda Qarazəncir, Ocaqlı, Əliqasımlı, Alar, Muğan və digər kəndlərindəki kartof, üzüm və arpa sahələrinin suvarılmasında istifadə olunur. Kənd sakinləri deyirlər ki, onlar Cəlilabad Suvarma Sistemləri İdarəsinə sudan istifadə müqabilində lazımi miqdarda ödəniş də ediblər. Lakin suyun kəsilməsi ilə bağlı elə abunə haqqı yığan quruma dəfələrlə müraciət etsələr də, bir nəticə hasil olmayıb. Məlumatlara əsasən, hər ilin yeni dövründə anoloji problem yaşanır. Və nəticə etibarilə də illərdir ki, suvarma üçün məhz icra hakimiyyətinin xətti ilə ayrılan büdcə vəsaitləri təyinatı üzrə xərclənmədiyindən problemlər əhalinin kütləvi narazılıqları ilə müşayiət edilir. Bundan başqa aldığımız bilgilərə görə, Cəlilabadın icra başçısı Əziz Əzizov sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovla çox yaxın əlaqələrindən istifadə edərək fermer təsərrüfatlarına ayrılan subsidiyaları da mənimsəyib. Və faktlar ortaya çıxdıqdan sonra Hesablama Palatasına bununla bağlı olaraq müvafiq təkliflər göndərilib. Xsüusilə də üxümçülük, noxudçuluq (dənli bitkilər) və kartofçuluq əkin sahələrinin inkişaf etdirilməsi ilə bağlı KTN-nin xətti ilə ayrılan kreditlər və dotasiyalar da müvafiq olaraq təyinatı üzrə xərclənməyib. Və ortada olan rəqəmlərlə bağlı şübhələr var. Məlumatlara əsasən, 2013-cü il və 2014-cü ilin birinci yarısı üçün ayrılan vəsaitlərin auditi keçiriləcək. Hesablama Palatasının əməkdaşlarının artıq yaxın günlərdə Cəlilabada ezam ediləcəyi gözlənilir. Məlumatlarda həmçinin bildirilir ki, bu ilin aprel ayının 9-da Cəlilabadda sakinləri qəbul edən kənd təsərrüfatı naziri Heydər Əsədov təxminən 80 nəfərə yaxın şikayətçini qəbul edib. Nazirlə fermerlərin arasında keçirilən görüş zamanı ortaya kifayət qədər mühim sualların çıxdığı və konkret şikayətlərin edildiyi deyilir. Və toplanan şikayətlərin artıq araşdırılmasına da başlanılıb. Qeyd edək ki, Cəlilabadda böyük təsərrüfat subyektlərinin icra başçısı Əziz Əzizova məxsus qolduğu söylənilir. Məlumatlara görə, icra başçısı tutduğu vəzifəsindən istifadə edərək büdcədən ayrılan vəsaitləri öz fermer təsərrüfatlarına ayırır. Araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. R.Əlicanlı
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?