Azinform.az-ın əldə etdiyi məlumata görə, hazırda Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vənəndaş Həmrəyliyi Partiayasında gərgin situasiya hökm sürür. Partiyanın bir neçə aydan sonra keçirməyə hazırlaşdığı qurultayı öncəsi bələ vəziyətin yaranmasının təsadüfi olmadığı deyilir. Mənbəmizin bildirdiyinə görə, xüsusilə də Sabir Rüstəmxanlının «partiya sədrliyinə namizədliyimi verməyəcəm» kimi fikiri açıqlamasından sonra partiyadaxili intriqalar açıq müstəviyə keçib.
Bu qovğada əsasən partiyanın funksioneri Rafiq Manaflının rəhbərlik etdiyi qruplaşmanın önə çıxdığı və açıq iddialar ortaya qoyduğu söylənilir. Bizə verilən məlumata görə , hətta vəziyyət o həddə çatıb ki, son iclaslardan birində Rafiq Manaflı Sabir Rüstəmxanlı ilə də sərt tonda danışıb və «burada bizim də fikirlərimizə önəm verilməlidir» kimi ifadə işlədib. Daha sonra qeyd edilir ki, Rafiq Manaflının rəhbərlik etdiyi qrupa əsasən Cənub bölgəsindən olan üzvlər aiddir və onların özlərinə əsas alternativ kimi Sabir bəyin xanımı Tənzilə Rüstəmxanlı görürlər.Mənbənin sözlərinə görə, bu prosesdə Rafiq Manaflının əsas ilhamvericilərindən biri partiyada radikallığı ilə seçilən Samir Əsədli sayılır: «Bu birlik sonuncu prezident seçkilərindən sonra daha da güclənib. Yadınızdadırsa, həmin vaxt Samir Əsədli mitinqdə Cəmil Həsənliyə «cənab prezident » deyə müraciət etmişdi. Samir Əsədlinin məlum çıxışı partiyada heç də birmənalı qarşılanmadı. Onun partiyada xaric edilməsi gündəmdə idi. Rafiq Manaflı Samirin partiyada qalmasını təkidli şəkildə tələb edənlərdən olub. Hazırda Sabir bəy partiyada mənəvi lider kimi qalmaq istəyir. Ancaq bu məsələ bir qədər fərqlidir və burada ALP, AMİP kimi partiyaların prakikasından yararlanmağa olan ümidlər boşa çıxa bilər. Çünki partiya rəhbərliyinin deyilən qruplaşmanın əlinə keçəcəyi halda VHP -də konstruktivlikdən əsər-əlamət belə qalmayacaq və partiya hakimiyyətə qarşı ən radikal mövqe sərgiləyən quruma çevriləcək».
Daha sonra bildirilir ki, yaxın günlərdə Tənzilə Rüstəmxanlı qruplaşmasının qiyamçı firqəyə qarşı sarsıdıcı zərbələr endirəcəyi də proqnozlaşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?