Hakim partiya V Qurultayına hazırlığı başa çatdırıb
Yeni Azərbaycan Partiyasının (YAP) V Qurultayına hazırlıq başa çatıb. YAP-nin mətbuat xidmətindən verilən məlumata görə, növbəti qurultayın iyunun 7-də keçirilməsi nəzərdə tutulub.
Qurultaya hazırlıq məqsədi ilə partiyanın 83 rayon və şəhər təşkilatında konfranslar keçirilib, 750-dən çox nümayəndə seçilib. Qurultay nümayəndələrinin 180 nəfərindən çoxunu gənclər, təxminən 180 nəfərini isə qadınlar təşkil edir.
Qurultayda əsasən 2013-cü ilin Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi təsdiq olunacaq.
Qeyd edək ki, keçirilmiş bütün konfranslarda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2013-cü il Prezident seçkilərində namizədliyinin irəli sürülməsi tövsiyə edilib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?