"Bu qadın Söyun Sadıqovun təsirindədir " DADP-nin Mehriban Əliyevanın namizədliyini irəli sürməsi ilə bağlı qalmaqal böyüyür. Bu gün partiyanın digər qrupu bu məsələ ilə bağlı mətbuat konfransı keçirərək, Sevda Xurşudovanın ətrafinda olanların legitim struktur olmadığını bildirib. Fatma Əliyeva qeyd edib ki, Sevda Xurşudova Moskvada Azerbaycan əleyhinə qruplaşan "Milyarderlər İttifaqı"ndan dəstək alır və dövlət əleyhinə fəaliyyət göstərir. "Bu qadın Söyun Sadıqovun təsirindədir və onun təsiri altında təxribat xarakterli fəlaliyyət göstərir. Onun keçirdiyi qurultay da saxta və qeyri-qanunidir". Fatma Əliyeva deyib ki, vaxtilə Sevda Xurşudovanı DADP-dən uzaqlaşdıranda Prezident Administrasiyasının əməkdaşı Rasim Mirzəyev ona təzyiq göstərib. Sevda Xurşudovanın rəhbərlik etdiyi qruplaşmanın əlində saxta möhür olduğunu deyən Fatma Əliyeva bununla əlaqədar aidiyyəti orqanlara müraciət etdiyini bildirib.
Xatırladaq ki, bir neçə gün öncə, Sevda Xurşudovanın başçılıq etdiyi DADP Mehriban Əliyevanın namizədliyini irəli sürmüşdü.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?