11 aprel 2018-ci il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Məmmədov Sərdar Calal oğlunun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar sənədlərin komissiyaya təqdim edilməsindən 5 gün müddətində qəbul ediləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?