24 noyabr mitnqinin keçirilməsinə razılıq verilməməsi ilə bağlı Qarabağ Komitəsinin Bəyanatı
Hakimiyyət torpaqlarımızın təcavüzkar Ermənistan tərəfindən işğal olunmasına etiraz etmək, 25 ildir ki 20 faiz ərazimizin işğalda, 1 milyondan çox insanımızın qaçqın vəziyyətdə qalmasına bir daha dünyanın diqqətini cəlb etmək və torpaqlarımızın azad olunması üçün atılacaq addımlara dəstək ifadə etmək üçün təyin edilən 24 noyabr mitinqinə qadağa qoydu.
Azərbaycan iqtidarı fərqində olmalıdır ki, 24 noyabr mitinqinə qadağa qoyulması barədəki cavabı və bu cavabda “möhtərəm , cənab prezidentimiz hər şeyi həyata keçirir, ona görə də mitinqin keçirilməsi məqsədəuyğun sayılmır “məntiqi ilə nəinki vətəndaşlarının hüquq və azadlıqlarını pozur, eyni zamanda beynəlxalq ictimai rəydə Azərbaycan haqqında geriçi, çağdışı, müasir svilizasiyadan kənar, avtoritar, antidemokratik bir üsuli- idarənin mövcudluğu təəssüratı yaratmaqla özünü və Azərbaycanı rəzil və rüsvay edir, həm də düşmənlərimizə və bədxahlarımıza Qarabağ məsələsinin ədalətli həlli əleyhinə bizə qarşı dəlilllər, bəhanələr verir. Qarabağ Komitəsi heç bir qanuna, hüquqa, söykənməyən, əsaslandırılmayan bu qadağanı AR Konstitusiyasında və Əsas İnsan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasında təsbit edilmiş ifadə və sərbəst toplaşma azadlığımızın kobud şəkildə pozulması kimi dəyərləndirib pisləyir və bu qərara yenidən baxılmasını tələb edir.
Qarabağ Komitəsi bütün maneələrə və təzyiqlərə baxmayaraq Qarabağın azadlığı üçün milli həmrəylik və bütövlüyə nail olmaq istiqamətində fəaliyyətini davam etdirəcəkdir./sozcu.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?