Milli Şuranı öz tədbirlərini erməniyə məxsus oteldə keçirməkdə “ifşa edən” bir sıra KİV-lərin və telekanalların cəhdləri gülüncdür. Bu fikri Turan agentliyinə açıqlamasında Milli Şura Aparatının rəhbəri Eldar Namazov bildirib.
“Bəziləri bizi ermənilərlə əməkdaşlıq etdiyimizə görə utandırmağı qərara alıb. Amma bu yalançı vətənpərvərləri məyus etmək istəyirəm – otel gürcü ailəsinə məxsusdur”, - deyə E.Namazov bildirib.
“Otellərə yerləşərkən heç kim onların sahibinin milliyyətini soruşmur. Amma hətta Milli Şura bu cür “günah” işləyibsə belə, qoy bu “vətənpərvərlər” müntəzəm olaraq həmin bu oteldə tədbirlərini keçirən SOCAR-ı da, digər Azərbaycan təşkilatlarını da utandırsınlar”, - deyə Namazov əlavə edib.
Qeyd edək ki, hökumətyönlü və hakimiyyətin nəzarəti altında olan bəzi KİV-lər iki gündür ki, Milli Şuranın öz görüşünü erməniyə məxsus oteldə keçirdiyini car çəkərək, bunu “qeyri-vətənpərvər addım” və “satqınlıq” adlandırırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?