Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak edən deputatlığa namizədlər toplantı keçirəcəklər.
Gundemxeber.Az bildirir ki, bu barədə arqument.az-a 32 saylı Surxanı üçüncü seçki dairəsindən namizəd Fikrət Cəfərli məlumat yayıb.
O bildirib ki, topğlantı fevralın 27-də, saat 12:00-da Caspian Plazada baş tutacaq.
Tədbirin namizəd olmuş şəxslər və ictimaiyyət nümayəndələri üçün açıq olduğu bildirilir.
Tədbirin keçiriləcəyi ünvan isə belədir: "Caspian Plaza, 1-ci blok, 8-ci mərtəbə, Cəfər Cabbarlı 44, Caspian Platforum".
Cəfərli bildirib ki, toplantıda çoxlu sayda namizəd olmuş şəxs iştirak edəcək və onlar seçkilərdəki qanun pozuntularına etirazlarını ifadə edəcəklər: "100-ə yaxın namizədin iştirakı gözlənilir", - Cəfərli qeyd edib.
Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK prosesin yekunlaşdığını və bütün şikayətlərə baxıldığını açıqlasa da, namizədlər bununla razılaşmırlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?