“Cəmil Həsənli Milli Şuranın Qarabağ komissiyasının sədrliyindən çıxıb-çıxmamağı barədə qərarı özü verə bilər”. Bunu Modern.az-a açıqlamasında Milli Şura Aparatının rəhbəri Eldar Namazov deyib. O vurğulayıb ki, bütün hallarda C.Həsənlinin Milli Şuranın namizədi kimi həm də Qarabağ komissiyasına rəhbərlik etməyə layiqdir: “Cəmil Həsənli Qarabağ komissiyasına sədr seçiləndə mən müraciət etdim ki, ona həmişə bu sahədə köməklik etməyə hazıram. Milli Şuranın adıçəkilən komissiyasının Qarabağın azad olunması, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması ilə bağlı konkret təklifləri, proqramları olacaq”.
Milli Şura rəsmisi bildirib ki, C. Həsənlinin seçkilərdə vahid namizəd kimi iştirakı Qarabağ komissiyasının işinə heç bir mənfi təsir etməyəcək. “Əksinə müsbət bir təsiri olacaq”, –deyə E. Namazov qeyd edib.
Xatırladaq ki, Milli Şuranın 22 avqust sessiyasında tarixçi-alim C. Həsənli qurumun seçkilərdə iştirakı üçün vahid namizədi seçilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?